525.Az
Bakı Metropolitenində aksiya keçirənlərə 1 həftə vaxt verilib
Bakı Metropoliteninin yeraltı keçidlərindəki mağazaların bağlanmasına etiraz olaraq aksiya keçirməyə cəhd edən şəxslərdən bir neçəsi metropoliten rəsmisi ilə görüşüb.
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, görüşdən çıxanlar bildiriblər ki, yekun qərar olaraq onlara 1 həftə vaxt verilib. Sahibkarlar 1 həftə yeraltı keçiddə satışdan istifadə edə bilərlər. Vəziyyətlə bağlı bu müddətdə qərar veriləcək.
Bununla da, aksiya başa çatıb.
11.03.2014
çap et