525.Az
İstirahət mərkəzindən qayıdan dostlar dəhşətli qəzaya düşdü
Martın 10-da Xızı rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər Sumqayıt şəhərindəki avto-təmir sexində çalışan gənclər olub. Onlar martın 10-da Xızı rayonundakı Altıağac İstirahət Mərkəzinə gediblər. Buradakı restoranlardan birində yeyib-içən dostlar axşam saatlarında şəhərə qayıtmaq qərarına gəliblər. Bu zaman dostlar spirtli içki qəbul etməyən Müslüm Hüseynovun maşını idarə etməsinə qərar verib.
Halbuki avtomobil digər şəxslərdən birinə məxsus olub. Lakin M.Hüseynov naşı olduğundan və yolu yaxşı tanımadığından məlum qəzadan yayına bilməyib. Baş verən hadisə nəticəsində M.Hüseynov həlak olub. Digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
11.03.2014
çap et