525.Az

Yalan, aldatma, məkr və hiyləgərlik (son hissə)


 

Yalan, aldatma, məkr və hiyləgərlik <b style="color:red">(son hissə)</b>

Afrika üçün həlledici döyüşün başlanğıcını Belçika kralı II Leopold qoymuşdu. Onun hərəkətlərinin başlıca motivi acgözlük, tamahkarlıq idi. 1870-ci ilin əvvəlində o, belə bir xəbərlə tanış oldu ki, Konqo çayının hövzəsində heyranedici çox varlı olan bir ölkə yerləşir. O, ABŞ ərazisinin 1/3- bərabər olan bu nəhəng ərazini ələ keçirmək üçün alışıb yanırdı. Bu məqsədlə o, Henri Stenlini öz xidmətinə dəvət etdi. Bu vaxt o, Afrikanın içərilərində Livinqstonun itmiş ekspedisiyasını axtarırdı.

 

Stenli Belçika kralının tapşırığı ilə xüsusi missiyanı həyata keçirmək üçün Konqoya göndərildi. Hiyləgərlik aldatma yolu ilə o, Afrika tayfa başçıları ilə əraziləri ələ keçirmək məqsədilə bir neçə müqavilə bağladı. 1882-ci ilədək Belçika kralı 1 milyon kvadrat kilometrlikdən çox ərazini ələ keçirməyə müvəffəq oldu. O, canfəşanlıqla Afrikada imperializmi tətbiq edirdi. O deyirdi: “Sivilizasiyaya açılmaq üçün bizim yer kürəsinin yalnız bir hissəsinə hələ nüfuz edilməmişdir, bütün əhalini əhatə edən cəhaləti dağıtmaq elə Səlib yürüşüdür. Mən bunu deyirəmsə, Səlib yürüşü bu proqress əsrinə layiqdir”.

 

II Leopold Konqoda yerli əhaliyə qarşı hər cür vəhşiliyə əl atırdı. Təbii kauçukuheveya ağacının şirəsini yığmaq üçün cəlb edilən zəncilərdən gündəlik normanqı yerinə yetirməyənlərin sağ qolu kəsilirdi. Bir müddətdən sonra qolları kəsilmişlərin sayı həddən çox artdıqda, bu qayda ləğv edildi, başqa cəza növləri işə salındı. Belçikanın paytaxtı Brüsseldə qara dərililər üçün heyvanxana tipli xüsusi sərgi yaradılmışdı, zəncilər vəhşi heyvanlar kimi dəmir qəfəslərdə nümayiş etdirilirdi. Belçikalılar ekzotik heyvanlar kimi onlara maraqla tamaşa edirdilər.

 

Avropa dövlətləri Afrikanın ərazi bölgüsü ilə daha yaxından məşğul olmağa başladılar. 1884- ildə Almaniya kansleri Otto fon Busmarkın təşəbbüsü ilə Berlin Beynəlxalq konfransı keçirildi. 14 dövlət (Avropa dövlətləri Amerika Birləşmiş Ştatları) konfransda Afrikanın ərazi bölgüsünü qanuniləşdirdilər.

 

Afrika ərazilərini ələ keçirəndə avropalılar əksər hallarda aldatmaya hiyləgərliyə əl atırdılar. Axı onların bağladıqları müqavilələri digər tərəfdən tayfa başçıları imzalayırdı, onlar isə heç oxumağı da bilmirdilər çox vaxt sənədin məzmununa belə diqqət vermirdilər. Torpağın əvəzində tüzemlər bir neçə butılka cin, qırmızı yaylıq ya müxtəlif rəngdə olan paltarlar alırdılar. Axı bu təcrübədən Şimali Amerikada hindu torpaqlarını ələ keçirmək üçün hələ hollandlar ingilislər geniş sürətdə istifadə etmişdilər. İndiki Nyu-Yorkdakı Manhetten adasını hollandlar hindulardan 60 quldenə ya 24 dollara almışdılar. Avropalılar hinduları içirib sərxoş edir belə vəziyyətdə onlar hər cür ədalətsiz sövdələşmələrə razılıq verirdilər. Hinduların mədəsində spirti parçalayan ferment olmadığından (Qrenlandiya eskimoslarının bədənində eyni ferment defisiti mövcuddur), onlar azacıq spirtli içki içdikdən sonra tezliklə sərxoş olurdular, şüurlarını itirdiklərinə görə ən ağır təkliflərlə razılaşırdılar.

 

Avropalılar insanlığa məhəl qoymadan, lazım gəldikdə silahdan istifadəyə əl atırdılar. 1884- ildə saniyədə 11 güllə atanMaksimpulemyotu ixtira edildikdən sonra hərbi üstünlük tamamilə müstəmləkəçilərin tərəfinə keçdi. Ona görə yaxşı deyirlər ki, imperializm pulemyotun köməyi ilə hakim kəsildi pulemyotun özü ona sonluq bəxş etdi. Amerikanın ağdərili sakinləri hindulara ağır zərbə vurmaq, həm sənayenin dəriyə olan tələbatını ödəmək üçün bizonları qırırdılar. Vinçester tüfəngi icad edildikdən sonra isə irqdən olanlar qırmızıdərililərin əsas qida mənbəyi olan bu çöl heyvanlarının kütləvi surətdə məhv edilməsinə nail oldular. Amerika preriyalarındakı bizon sürüləri demək olar ki, yoxa çıxdı. Odlu silahların təkmilləşdirilməsi onların yeni növlərinin kəşfi müstəmləkəçiliyin, əslində vəhşiliyin uğurlarına qapıları taybatay açırdı.

 

Afrikaya gəldikdə, qitənin işğalı təsadüfi deyildir ki, tarixəböyük Afrika ovualtında daxil oldu. 1893- ildə Zimbabvedə 50 avropalı 6 pulemyotla 3 min qaradərilini öldürdü. 1998-ci ildə Sudandakı Omdurmanda gedən döyüşdə ingilislər 5 saat ərzində 11 min sudanlını məhv etdilər, özlərinin isə itkisi 20 əsgərdən ibarət idi.

 

 

Müharibədə yalan

 

ən güclü silah kimi

 

 

Yalan, hiyləgərlik, aldatma müharibənin ən səmərəli silahlarından biri hesab olunur. Bəzən yalan gətirdiyi faydaya görə onlarla diviziyanı əvəz edə bilir. Çünki yalanı işə salan tərəf bu metodun tətbiqinə görə heç bir itki vermir. Çingizxandan miras qalan həmin metod digər silahlardan fərqli olaraq heç vaxt köhnəlmir, yararlılığını qoruyub saxlamaqla, öz yerini hansısa təkmilləşmişinə vermir. Müttəfiq qoşunlarının (İngiltərə, ABŞ Kanada qüvvələrinin) 1944- il iyunun 6-da Normandiyaya 3 milyon nəfərlik desantının uğurlu əsasən az itkili olmasında istifadə edilən yalan informasiyanın böyük faydası oldu.

 

Xuan Qarsia Pujol adlı, 1912-ci il təvəllüdlü bir ispan alman agentinə çevrildikdən sonra Böyük Brataniyaya getmək barədə əmr aldı. Orada o, əlavə agentlər cəlb etməli idi. Ailəsi ilə birlikdə Britaniyaya gəldikdən sonra  Pujol ingilislərə əməkdaşlıq təklif etdi, britaniyalılar onun təklifini qəbul etdilər. Burada o, Qarbo agent ləqəbini qəbul etdi, almanlar üçün isə onun agent ləqəbi Arabel idi. Beləliklə, İkinci Dünya Müharibəsi ərzində o, ikili agent oldu bu dövrdə uzun müddət almanların Baş Qərargahını aldatdı.

 

PujolQarbonun ən böyük xidməti Normandiya desantı ərəfəsində baş verdi. O, almanları yalan məlumatlarla aldadaraq, əməliyyatın Pa-de-Kaledə deyil, Normandiyada aparılacağının tam sirr olaraq qalmasına nail oldu. Almanlar onun məlumatına əsaslanaraq Pa-de-Kaledə güclü istehkamlar qurdular. Buna görə müttəfiq qoşunlarının baş komandanı Duayt Eyzanhauer Normandiya istiqamətini seçdi.

 

Desant gününə (D-day) 71 gün qalmış Qarbo almanları əməliyyat barədə aldatmağa başladı. Almanlar tam əmin idi ki, hədəf Pa-de-Kaledir, Duvr boğazıdır. Hitler həm güman edirdi ki, D-day iki aydan sonra başlayacaqdır. Almanlar müdaxilənin belə tez başqa yerdə olacağını gözləmirdilər. Müdafiə qoşunlarına komandanlıq edən Rommel desant ərəfəsində arxayın qaydada Berlinə, arvadının ad gününə getmişdi. Qarbo xəbər verirdi ki, Normandiya diqqəti yayındırmaq cəhdidir, hücum Pa-de-Kaledə olacaqdır. Ona görə Hitler 300 min əsgəri Pa-de-Kaledə saxlayırdı.

 

Hitler Normandiyaya desant kimi hazırlananNeptunəməliyyatından xəbərsiz idi. Çünki Britaniya Duvr ətrafında da kamuflyaj qaydasında rezindən çoxlu tanklar düzmüş, Kent yaxınlığındakı aerodromda taxtadan parçadan düzəldilmiş çox sayda təyyarələr qoymuşdu. Alman hərbi-hava kəşfiyyatı bunları müşahidə edib, komandanlığa həqiqi qüvvələr kimi məruzə edirdi. Bu da Qarbonun çaşdırmaq üçün verdiyi məlumatlara alman Qərargahının inamını daha da artırırdı. Saxta informasiya öz işini görmüşdü. Normandiyada ciddi hazırlıq işləri görülməmüşdü. Kale rayonundan oraya vaxtında qüvvə atmaq da asan məsələ deyildi, çünki onların arasındakı məsafə 249 km idi.

 

Qarbo alman komandanlığını Müttəfiq qoşunlarının müdaxiləsinin vaxtı yeri barədə ciddi surətdə azdırmaqla, əməliyyatın uğurunda mühüm rol oynamışdı.

 

Əlbəttə, özlüyündə Normandiya desantı sadə bir deyildi hücum edənlər müəyyən itki verməli oldular. Desant əməliyyatında beş min gəmi iştrak edirdi. Əgər almanlar desantın vaxtını yerini düzgün bilsəydilər, bu itki bəlkə dəfələrlə çox olardı elə uğurla başa çatdırılmasına nail oluna bilməzdi.

 

Pujal müharibədən sonra Venesuelaya getdi 1988-ci ildəki ölümünə qədər orada yaşadı.

 

Yalanın, hiyləgərliyin müharibədə nəyə qədər olduğunu Qarbonun saxta informasiyasının uğurlu nəticəsi bir daha göstərir. Bu ikili agent həm Böyük Britaniyanın, həm faşist Almaniyasının hərbi mükafatları ilə təltif edilmişdi. Almanlar müharibənin sonunadək öz casusları olan Arabelin (Qarbonun) onlara necə ağır zərbə vurduğundan hali ola bilmədilər. Demokratik ölkə olmasına baxmayaraq, Uinston Çörçill hərbi informasiyanın sirrinin qorunmasına xüsusi fikir verirdi. AlmanlarınEniqmakod şifrələri açıldıqdan sonra Çörçill bunuultrasirliməsələ adlandırmışdı bu ultraadı altında daim gizli saxlanmışdı. Hətta ən ağır anlarda da, müttəfiqinə ağır zərbə dəyəndə (məsələn, 1941-ci ilin 7 dekabrında yaponlar Pyorl-Harbora ağır nəticəsi olan hücumlarını edərkən) bu sirr gizli saxlanmışdı ki, almanlar kodun açılmasından xəbər tutmasınlar.

 

 

Yalan istehza vasitəsi kimi

 

 

Bəzi hallarda yalan istehza, ələ salmaq qaydasında istifadə edildikdə, gözlənilmədən olduqca yaxşı effekt verir, cahil adamların üzünün açılıb, ifşa edilməsinə köməklik göstərir. Bu yolla aldadılan adam çox asanlıqla öz səviyyəsizliyini üzə çıxarır. Böyük rus yazıçısı F.M.Dostoyevski katorqadan qayıtdıqdan sonra Peterburqda küçədə bir yazıçı ilə görüşdü. Həmin yazıçı qəzəblənməyə başladı: “Sizi katorqaya göndərməknəyə görə?! Kitabları oxumağa görəmi? Vəhşilik? Asiya qaydası! Özbaşınalıq!”

 

Dostoyevski onun sözünü kəsdi: “Yox! Biz rus xalqının əleyhinə getdik xalq bizi katorqaya göndərdi! ədalətə uyğun olaraq!”

 

Yazıçı evinə gəlib, qeyd dəftərində yazdı: “Dostoyevskini gördüm. O, həmişə Səfeh idi. Katorqadan qayıtdıqdan sonra lap Dəli olmuşdur!” Dostoyevski yəqin ki, bundan xəbər tutsaydı, həmin cahilin belə qiymətinə görə sevinə bilərdi, çünki bu səfeh adam onun istehzalıXalq bizi katorqaya göndərdisözlərinə inanmaqla, dahinin adı kinayəsini anlamadığından onun haqqında özünə bilavasitə daha çox uyğun gələn ifadələri işlətmişdi.

 

lll

 

Yalan, aldatma məkr hiyləgərlik asan yolla fayda götürməyə cəhd edənlər üçün əvəzedilməz vasitə rolunu oynayır. Yalanda yaşamaq təkcə həqiqətə göz yummaq deyildir, həm insanı mənəvi cəhətdən aşınmaya aparan yoldur. Mənəviyyata vurulan zərbə isə lepra yarası həyati orqanları çürüdüb məhv etdiyi kimi bütövlükdə cəmiyyəti ağır fəsadlara mübtəla edir. Ona görə qüsurların yaratdığı mənəvi eroziyaya qarşı diqqətli olmaq tələb olunur. Azad cəmiyyətlərdə onların minimuma endirilməsinə çalışılmalıdır. Ona görə ayıq olmaq xəbərdarlığı edilməli, bu sahədə güzəştə yönələn tolerantlığa mürgüləmə imkanlarına yol verilməməlidir. Həqiqət axınında, bu dirilik suyunda azacıq nəzərə çarpan yalan damlası da nəzarətdən kənarda qalmamalıdır.

 

Yalanı danışanların günahı qədər çox olsa da, yalana inananların, onu mütləq həqiqət kimi qəbul edənlərin təqsiri az deyildir. Böyük alman şairi Höte yazırdı ki, “ Bizi heç vaxt aldatmırlar, biz özümüz özümüzü aldadırıq”. Həqiqətən özümüzü aldatmasaq, yalan belə böyük qüvvə kəsb edə bilməz.

 

  son

 

 





11.03.2014    çap et  çap et