525.Az

“Sahil” Ticarət Mərkəzinin yerləşdiyi binada yanğın güclənib


 

“Sahil” Ticarət Mərkəzinin yerləşdiyi binada yanğın güclənib<b style="color:red"></b> Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada yanğın davam edir.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 2 və 3-cü mərtəbələri əhatə edir.
 
“Sahil” metrosunun girişi və çıxışı bağlanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü alovun qarşısını almaq üçün tədbirlər görülür.
 
Əraziyə təcili tibbi yardım maşınları da cəlb olunub. Xəsarət alanların olub-olmadığı məlum deyil.
 
Bina sakinləri, “Sahil” Ticarət Mərkəzində çalışan şəxslər evakuasiya olunub. Yaxınlıqdakı binaların sakinləri də evakuasiya olunub.
 
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerinə gəlib.
 
E. Mirzəyev APA-nın hadisə yerində olan əməkdaşına açıqlamasında hadisənin başvermə səbəblərinin hələlik məlum olmadığını deyib. Nazir müavini yanğının səbəblərinin araşdırmalardan sonra bəlli olacağını vurğulayıb.
 





12.03.2014    çap et  çap et