525.Az

Sahibkarlara son 19 ildə 2,6 milyard manat güzəştli kredit verilib


 

Sahibkarlara son 19 ildə 2,6 milyard manat güzəştli kredit verilib<b style="color:red"></b>

2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 mlrd. manat olan 38 mindən artıq sahibkara 2,6 mlrd. manat güzəştli kredit verilib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, bu, 173 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.

 





29.03.2021    çap et  çap et