525.Az

"Ronaldonun yerinə olsaydıq, sarğını hakimin üzünə çırpardıq"


 

"Ronaldonun yerinə olsaydıq, sarğını hakimin üzünə çırpardıq"<b style="color:red"></b>

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyro qardaşının ünvanına gələn tənqidlərə münasibət bildirib.

525.az Qol.az-a istinadən xəbər verir ki, o, bu barədə özünün "İnstaqram" hesabında yazıb. Aveyro 36 yaşlı hücumçunun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda (2:2) təmiz qolunun sayılmamasına görə verdiyi reaksiyanın insanlar tərəfindən düzgün qarşılanmadığını bildirib:

"Ronaldo bu millətin simvoludur. Portuqaliya haqsızlığa məruz qaldı. Son dəqiqədə təmiz qolu saymadılar. Həmin qol bizə qələbə gətirə bilərdi. Kriştiano buna görə də etiraz etdi. O, topun qapı xəttini 30 santimetr keçdiyini başa saldı və paltardəyişmə otağına getdi. Ronaldo dəfələrlə dişi ilə, dırnağı ilə müdafiə etdiyi vətəninə qarşı edilən haqsızlığa görə qəzəbləndi, kapitanlıq sarğısını yerə atdı. O, inanılmaz soyuqqanlılıq göstərdi. Çünki biz hamımız Portuqaliyaya edilənlərə görə sarğını ya yan xətt hakiminin, ya da baş hakimin üzünə çırpardıq. Amma buna baxmayaraq, televiziyalarda bəzi "mütəxəssis"lər Ronaldonu tənqid etməyə cəsarət etdilər".

 

 





30.03.2021    çap et  çap et