525.Az

"Qarışqa təqvimi" Türkiyədə çap olundu


 

"Qarışqa təqvimi" Türkiyədə çap olundu<b style="color:red"></b>

Yazıçı Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabı Türkiyədə çap olunub.

525.az Manera.az-a istinadən xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfinin “TURAY” Kitab Nəşriyyatında işıq üzü görən kitaba tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslan ön söz yazıb.

Kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşar və tərcüməçi Saadət Örmecidir.

Türkiyənin əksər kitab evlərində indi belə bir kitab da var: “Qarışqa təqvimi”.

“Qarışqa təqvimi"ndən: "Taleyi ilə barışanı Tanrı xilas edə bilməz!” Hərdən dünyaya qarışqaların pəncərəsindən baxaq..

 





30.03.2021    çap et  çap et