525.Az

Bir general da ehtiyata buraxıldı


 

Bir general da ehtiyata buraxıldı<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyində xidmət edən daha bir general Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb.
 
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. 
 
Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Xatırladaq ki, bu günlərdə müdafiə nazirin əmri ilə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev daxil olmaqla, 7 general - Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər.

 





12.03.2014    çap et  çap et