|
|
|
|
Tvitter sosial şəbəkəsində bəzi rus hesablarının bloklanmasına rəsmi Kremldən cavab gecikməyib.
525.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov tvitterin bəzi rus hesablarını bloklamasından sonrakı açıqlamasında bildirib ki, ikili standartlar və antirusiya təbliğatı qəbuledilməzdir. Peskov sosial şəbəkədən bir vasitə kimi istifadə edildiyini iddia edib:
"Əgər bir şirkət xarici həmkarlarına siyasətlə məşğul olmaq istəmədiyini, pul qazanmaq istədiyini bildirərsə, yerli qanunlara riayət etməyə hazırdırsa, onda problem olmayacaq".
Həmçinin, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarət İdarəsi (Roskomnadzor) Tvitter-in bir ay ərzində tamamilə bloklana biləcəyini açıqlayıb.
Firuzə Əliyeva