525.Az

Vətəndaş cəmiyyətinin möhkəmlənməsi naminə: Milli QHT Forumunun fəaliyyət yolu


 

Vətəndaş cəmiyyətinin möhkəmlənməsi naminə: Milli QHT Forumunun fəaliyyət yolu <b style="color:red"></b>

Məlum olduğu kimi, 90- illərin ortalarında ölkədə gedən  sosial-iqtisadi ictimai-siyasi proseslər cəmiyyətin ən müxtəlif  nümayəndələrini vətəndaş cəmiyyəti institutlarının başlıca qüvvələrindən olan QHT hərəkatına qoşulmağa sövq etdi   yeni-yeni QHT-lər yaranmağa başladı. İctimai fəaliyyətin bu yeni, təşkilatlanmış formasının inkişaf etdirilməsi üçün bir sıra beynəlxalq təşkilatlar geniş proqramlarla çıxış etdilər. İlk belə beynəlxalq təşkilatlardan olan Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu,  ABŞ-ın İSAR-Azərbaycan BMT-nin QHT-lər üzrə Resurs Təlim Mərkəzi (QRTM) ölkədə qeyri-hökumət təşkilatlarının yaranmasına onların fəaliyyətinə maddi texniki dəstək verməyə başladılar.

1998-ci ilin sonunda QRTM tərəfindən ölkədə fəaliyyət göstərən haqqında məlumat almaq mümkün olan təxminən 135 QHT-nin siyahısı tərtib edildi. Bu siyahının tərtib olunmasında əsas məqsəd əsasən bir-birindən xəbərsiz pərakəndə şəkildə fəaliyyət göstərən QHT-ləri bir araya gətirmək onların işini əlaqələndirmək üçün QHT koalisiyası şəbəkəsi yaratmaq idi. Bu şəbəkə QHT-lərlə hökumət, beynəlxalq donor təşkilatları arasında, eləcə ictimaiyyətlə effektiv əlaqələrin qurulmasına, QHT-lərin bürokratik əngəl təzyiqlərdən birgə müdafiəsinə xüsusilə İctimai Sektorun formalaşmasına dəstək verməli idi. QHT liderləri ilə 6 aya yaxın aparılan intensiv məsləhətləşmələrdən sonra  sözü gedən koalisiyanın QHT Forumu adlandırılması haqqında qərar qəbul edildi. Beləliklə, nizamnamə digər işçi sənədlər hazırlanaraq  Forumun təsis qurultayı 10-11 iyun 1999-cu ilə təyin edildi.

Forumun təsis yığıncağı gözlənildiyindən fərqli olaraq çox qalmaqalla başladı. İlk dəqiqələrdən bir sıra QHT-lər tədbirin istiqamətini dəyişməyə bu mümkün olmadıqda qurultayın işini pozmağa cəhd etdilər. Bəziləri hətta "bizim adamımız forumun prezidenti seçilməsə, biz qurultayı tərk edəcəyik" kimi ultimativ xarakterli bəyanatlar verməkdən çəkinmədilər. Açıq-aşkar hiss olunurdu ki, qurultayda əsas mübarizə mövqe, yəni prezident seçilmək uğrunda gedəcək bu da vəziyyəti daha da ağırlaşdırırdı. Kompromis əldə etmək üçün edilən ən müxtəlif cəhdlər nəticəsiz qaldı   təxminən 30 QHT qurultayı nümayişkaranə şəkildə tərk etdi. Əlbəttə, bu hadisələrin tam təfərrüatına  varmaq kimisə ittiham etmək fikrindən tam uzağam (ən azı ona görə ki, bu məsələlər öz aktuallığını çoxdan itirib), lakin bircə onu qeyd etməliyik ki, bütün bu çəkişmələrin arxasında qeyd edilən səbəblə yanaşı  siyasi ya şəxsi maraqların durması da hamıya bəlli idi.

Nəhayət, uzun müddət aparılan müzakirə çəkişmələrdən sonra qurultayın ikinci günü, iyunun 11- 95 təşkilat tərəfindən QHT Forumu təsis edildi. Qurultayı tərk edənlər isə foruma alternativ qurum yaratsalar da, bu təşkilatın ömrü qısa oldu bir müddət sonra bir neçə yerə bölünərək fəaliyyətini dayandırdı. Bəzi anlaşılmazlıqlar aradan qaldırıldıqdan sonra təsis qurultayını tərk edən bir çox QHT-lər mövcud reallığı düzgün qiymətləndirərək ictimai sektorun gücünü daha da artırmaq üçün QHT Forumuna (2001-ci ildə keçirilən II Qurultayda Milli QHT Forumu adlandırıldı) qoşuldular. Bununla da ölkə QHT-lərinin vahid şəbəkə yaratmaq    QHT sektoruna aid bütün məsələlərdə  həmrəylik nümayiş etdirmək imkanı əldə edildi.

Ölkədə real fəaliyyəti hiss olunan  QHT-ləri  yavaş-yavaş öz ətrafına toplayan Milli QHT Forumu (MQF) üzərinə böyük tarixi missiya götürdü. Belə ki, MQF dövlətçilik maraqlarını müdafiə etməklə yanaşı özünün müstəqilliyini qorumalı, müxtəlif siyasi düşərgələrə bölünmüş QHT-ləri ümummilli məsələlərdə birləşdirməli onların bütün potensialını ictimai sektorun formalaşmasına vətəndaş cəmiyyətinin güclənməsinə  yönəltməli idi.

 

MQF- parçalanma meylləri beynəlxalq təşkilatların Foruma fərqli mövqeyi 

Üzərinə düşən vəzifənin yerinə yetirilməsi üçün MQF bir sıra ağır sınaqlardan keçməli oldu.  Fəaliyyətinin ilk 7 ayında ofissiz qalmasına baxmayaraq (əgər QRTM-in binasındakı heç bir kommunikasiya rabitə sistemi olmayan bir otağı nəzərə almasaq) MQF qısa müddət ərzində təcrübəli QHT rəhbərlərinin QRTM-in iştirakı ilə ölkənin ictimai sektorunun prioritet istiqamətlərini müəyyən etdi. Lakin yenidən baş qaldıran fərdi ambisiyalar Forumda gərginlik yaratdı. İdarə Heyətində təmsil olunan bəzi şəxslər təşkilatın əsl mahiyyətini düzgün dərk etməyərək qeyri-real maddi tələblərlə çıxış etməyə Forumu parçalamağa cəhd göstərdilər. Kövrək formalaşma mərhələsini yaşayan bir qurumu sarsıtmağa yönəlmiş bu cür  şəxsi ambisiyalar əsassız iddialar heç bir nəticə vermədi tezliklə həmin şəxslər ictimai qınağa tab gətirməyərək  Forumun idarə heyətindən istefa verməyə məcbur oldular. Bundan sonra  MQF-nin bütün rəhbər heyəti vahid bir komanda şəklində birləşərək bütün imkanlarını təşkilatın güclənməsinə sərf etməyə başladılar.

İlk illərdə (1999-2002-ci illər) bəzi beynəlxalq təşkilatlar Forumu qəbul etmək istəmir ona çox soyuq münasibət bəsləyirdilər. Belə ki, bu dövrdə ölkənin əsas donor təşkilatları sayılan Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu (Soros fondu), İSAR-Azərbaycan Avrasiya Fondu  Foruma hər hansı bir dəstək verməkdən imtina etdilər bəzən belə bir təəssürat yaranırdı ki, bu təşkilatlar QHT ictimaiyyətinin bir alyans  formalaşdırmasına  qısqanclıqla yanaşırlar.  Bəlkə qeyd olunan təşkilatların o zamankı rəhbərləri üçün  ölkə QHT-lərinin dağınıq pərakəndə şəkildə fəaliyyət göstərməsi daha çox sərf edirdi, çünki onların davranışında (xüsusilə Soros Fondunun ölkə üzrə rəhbəri cənab Devid Stabsın) QHT-lərin bir şəbəkə halında birləşməsinə mənfi münasibəti  açıq şəkildə hiss olunurdu. Yaxşı ki, belə bir çətin vəziyyətdə BMTİP, BMTQAK, Dünya Bankı, Norveç səfirliyi digər qurumlar MQF- yaxından dəstək verdilər onun layihələrini maliyyələşdirdilər. Lakin 2002-ci ildən sonra İSAR-Azərbaycan təşkilatının fəaliyyətinin dayandırması, Soros Avrasiya fondlarının rəhbərliyində baş vermiş dəyişiklikdən sonra  Forumla bağlı siyasət   müsbət mənada dəyişdi.  

 

QHT hərəkatı yeni qanunların qəbulu 

Çox keçmədi MQF əsas təhlükə riskləri arxada qoyaraq özünü tam şəkildə toparlaya bildi. Artıq Forum minimum texniki imkanlar əldə etmiş nisbətən yaxşı şəraitə malik ofis icarəyə götürərək tam gücüylə fəaliyyətə başlamışdır. 2000-ci ilin əvvəlindən etibarən MQF ictimai sektorun aşağıda qeyd olunan 3 əsas problemini prioritet məsələ kimi gündəmə gətirdi: qanunvericiliyin təkmilləşdirilməsi: QHT-donor münasibətləri: ehtiyaclar çatışmazlıqlar yerli QHT-lərin inkişafı.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının hazırladığı  "qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar)  haqqında" qanun layihəsinin ictimai müzakirəsini təşkil edən  MQF ilk dəfə olaraq geniş tərkibdə QHT-ləri bir araya gətirdi.  Forumun tərkibində yaradılmış işçi qrupu təxminən 6 ay ərzində qanun layihəsi üzərində apardı öz təkliflərini hazırlayıb Milli Məclisə təqdim etdi. Sevindirici haldır ki, Milli Məclis  2000-ci ilin may ayında bu qanunu qəbul edən zaman MQF-nin irəli sürdüyü təkliflərin böyük bir hissəsini qəbul etdi bununla da  ilk dəfə olaraq "qeyri-hökumət təşkilatı" anlayışı ölkə qanunvericiliyində rəsmən təsbit edildi.

MQF-nin qanunvericiliyin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyəti bununla məhdudlaşmadı. 2003- ildə "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyesteri haqqında" qanunun hazırlanmasında yaxından iştirak edərək  layihənin dəfələrlə yerli beynəlxalq ekspertlərin iştirakı ilə ictimai müzakirəsini keçirtdi. Bu qanunun qəbulundan sonra isə QHT-lərin dövlət qeydiyyatı sahəsində olan problemlər öz müsbət həllini tapdı. Məhz bunun nəticəsidir ki,  son 4 ildə 1407 QHT dövlət qeydiyyatına alındı. Qeydiyyat sahəsində belə bir yüksək göstəricinin əldə olunmasında MQF ilə Ədliyyə Nazirliyinın birgə işini yaxından əməkdaşlığını xüsusi qeyd etmək lazımdır.

2007-ci ildə QHT Sektorunun qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirildi. MQF Counterpart İnternational Təşkilatı ilə birlikdə "İctimai Birliklər" (QHT-lər) haqqında",  "Fondlar haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" "Könüllülük fəaliyyəti (Volontyorluq) haqqında qanun layihələrini digərlərini Milli Məclisin müzakirəsinə təqdim etdi. O dövr üçün çox aktual olan "QHT - donor münasibətləri: ehtiyaclar çatışmazlıqlar" mövzusunda müzakirələrin təşkili bütün QHT-lər üçün "ölüm-dirim" məsələsi idi. Çünki donor təşkilatların qəbul etdikləri qərar QHT-lərin gələcək taleyini müəyyənləşdirə bilirdi. Bu baxımdan Forum QHT-donor münasibətlərinin o zamankı vəziyyətinı, mövcud problemləri ehtiyacları  geniş müzakirəyə çıxartmaqla həm beynəlxalq təşkilatların, həm hökumətin diqqətini bu sahəyə  cəlb edə bildi. Nəticədə sonralar beynəlxalq təşkilatların öz fəaliyyətlərində daima istifadə etdikləri ətraflı hesabat hazırlanaraq bütün maraqlı tərəflərə təqdim edildi.

MQF-nin tarixində ən uğurlu layihələrdən  biri hesab olunan  "Yerli QHT-lərin inkişaf proqramı" layihəsi 2000-2001-ci illərdə vətəndaş cəmiyyəti quruculuğunda ən böyük  hadisə oldu. Ona görə ki, məhz bu layihənin sayəsində QHT hərəkatı paytaxt Bakıdan kənara çıxaraq ölkənin bütün rayon şəhərlərinə yayıldı. Xüsusilə nəzərə alsaq ki, o zaman dövlət orqanlarında çalışan insanlarda ümumiyyətlə cəmiyyətdə QHT işi düzgün başa düşülmür bəzən qəbul edilmir, onda bu layihənin doğurdan da ictimai sektorun tarixində önəmli bir hadisə olduğunu qəbul etmək olar. BMTİP QRTM-in maddi təşkilatı dəstəyilə icra olunan bu layihə çərçivəsində ilk dəfə olaraq (Naxçıvan MR-da daxil) ölkənin 60 şəhər rayonunda ictimai sektorun vəziyyəti təhlil edildi, QHT-lər haqqında statistik məlumatlar toplandı, hakimiyyət orqanları,  siyasi partiyalar ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşlər sorğular keçirildi. Hər bir rayonda  3 gün müddətində keçirilən bu görüşlərdə QHT işi, onun mahiyyəti, ölkəmiz üçün əhəmiyyəti perspektivləri barədə əhaliyə geniş məlumat verildi. Layihənin sonunda Milli QHT Forumu ölkənin bütün şəhər rayonlarında  300-dən çox QHT-nin yaranmasına köməklik göstərmiş onların (əvvəlcədən mövcud olanlar da daxil) əlaqələndirmə şuralarını təsis etmişdir. Bundan başqa  QHT-lərə hərtərəfli xidmət göstərmək məqsədilə rayon şəhərlər 5 müxtəlif coğrafi bölgələrə (Şirvan, Şəmkir, Mingəçevir, Qəbələ Quba) bölünərək həmin ərazilər üzrə Regional QHT-lərin Resurs Təlim Mərkəzləri (R-QRTM) yaradılmışdı. Bütün çətinliklərə donor dəstəyinin 2003- ildən kəsilməsinə baxmayaraq peşəkar işçi heyətə, ofis lazımi texniki avadanlıqlara malik olan bu mərkəzlər vasitəsilə ildə 6 mindən çox vətəndaşa pulsuz olaraq müxtəlif səpkidə xidmət göstərilir regionlarda fəaliyyət göstərən 350  müstəqil 700 mərkəzi təşkilatların şöbələri olan QHT-lərin (cəmi 1050 təşkilat) işi əlaqələndirilirdi. Son illər bu rəqəmlər daha da artıb. 

 

QHT-hökumət münasibətlərində əriyən buzlar 

Başlanan işi uğurla davam etdirmək üçün ilk növbədə QHT-lərin dövlət təşkilatları ilə münasibətlərinin qurulmasına böyük ehtiyac duyulurdu.  Regionlarda aparılan işlər zamanı bəzi rayonların İcra Hakimiyyəti başçılarının "qeyri-hökumət təşkilatı" ifadəsindən çəkindiyi açıq şəkildə hiss olunurdu. Bəzən bu ifadəni "anti-hökumət" ya müxalifət təşkilatı kimi başa düşürdülər. Belə olduğu təqdirdə əlbəttə ki, regionlarda QHT-lərin sərbəst fəaliyyətindən söhbət gedə bilməzdi. Bunu nəzərə alaraq, MQF "QHT-hökumət münasibətləri onun hüquqi əsasları" mövzusunda rayonlarda Bakıda seminar-müzakirələr təşkil etdi. QHT sektorunun tarixində ilk dəfə idi ki, 53 rayonun icra hakimiyyətinin yüksək rütbəli təmsilçiləri QHT-lər bir masa ətrafına toplaşaraq qarşılıqlı anlaşma şəraitində mövcud problemləri müzakirə etdilər birgə fəaliyyət haqqında ümumi razılığa gəldilər.

Münasibətlərdə olan soyuqluq qarşılıqlı inamsızlıq buzu əriməyə başlamışdı artıq hökumət rəsmiləri QHT-lərlə dialoqa getməkdən onların tədbirlərində iştirak etməkdən çəkinmirdilər. Bu vacib işi məntiqi sonluğa çatdırmaq üçün QHT-lərin hökumət rəsmləri ilə təmaslarını davam etdirmək lazım idi. Bu səbəbdən 2001-ci ilin aprelindən  etibarən ölkə QHT-lərinin ayda bir dəfə ümumi toplantısının (Aylıq Görüş) keçirilməsi qərara alındı. Şübhəsiz ki, bu layihə QHT-lərin problemlərinin  dövlət orqanları beynəlxalq təşkilatlarla birgə müzakirə edilməsi, QHT-lərin özlərinin bir-biri ilə yaxından tanış olması onların potensialının üzə çıxarılması, ictimai sektorun bütövlükdə diqqət mərkəzində qalması üçün  çox əlverişli bir fürsət idi. Bu toplantıların kiçik statistikasını aparsaq görərik ki, bir neçə il ərzində hər birinə yüzlərlə QHT-nin qatıldığı 40-dan artıq aylıq görüş keçirilmiş bu görüşlərdə 9 nazir, 7 komitə şirkət rəhbəri,  parlamentin 6 komissiya sədri, 15-dən çox xarici ölkə səfirləri beynəlxalq təşkilatların nümayəndələri iştirak etdi. Məhz bu layihənin sayəsində QHT-lər hökumət cəmiyyət tərəfindən bir institut olaraq daha ciddi şəkildə etiraf qəbul edilməyə başladı. Digər tərəfdən onu da vurğulamaq lazımdır ki, QHT-lərin vahid bir sektor halında formalaşması, onların ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsi ən müxtəlif problemlərin həll olunmasında  "Aylıq Toplantıların" müstəsna xidməti olmuşdu.

Daha sonra MQF təmsilçilərinin nüfuzlu dövlət komissiya şuralarına üzv təyin edilməsi hökumətin QHT-lərlə yaxından əməkdaşlıq etmək istəyinin təzahürü idi. 2006- ildə Milli QHT Forumunun VI Qurultayına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ilk dəfə olaraq təbrik məktubunun göndərilməsi isə QHT sektoruna verilən ən yüksək önəm onların fəaliyyəti üçün yandırılan yeni bir "yaşıl işıq" oldu. Cənab Prezidentin QHT-lərlə bağlı sonralar verdiyi  sərəncam fərmanlar isə bu siyasətin kifayət qədər ardıcıl qərarlı olduğunu sübut etdi. 

QHT-lər haqqında əhali qismən məlumatlı idi 

2000-ci ilin sonunda əhali arasında QHT sektoru haqqında məlumat çox zəif qeyri-dəqiq idi. Təsadüfi deyil ki, həmin il keçirilən sosioloji sorğu zamanı bəlli olmuşdu ki, respondentlərin cəmi 7 faizi QHT-ni tanıyır onun haqqında müəyyən məlumata malikdir. Əlbəttə bunun müxtəlif səbəbləri vardı. Ən birincisi, "QHT" sözü bir termin olaraq yeni idi çoxları əvvəl öyrəşdiyi "ictimai təşkilat" anlayışını "QHT"dən fərqli olduğunu düşünərək ona soyuq yanaşırdılar (QHT sözü bizim hüquq leksikonuna yalnız 2000-ci ilin yazında qəbul olunan "QHT-lər (ictimai birliklər fondlar) haqqında qanunla daxil olub). QHT jurnalistikasının olmaması QHT-KİV münasibətlərinin qurulmasına birincinin ictimaiyyətə düzgün təqdim olunmasına mane olurdu. Üçüncüsü,  QHT-lərin özləri zəif sayca az idilər həm onların ictimaiyyətlə əlaqə (PR) qurmaq  təcrübəsi yetərincə deyildi. Əhali arasında QHT-lərin fəaliyyəti barədə ətraflı düzgün bilginin yoxluğu cəmiyyətdə müəyyən çaşqınlıqların yaranmasına onlara qarşı bəzən haqsız olaraq neqativ münasibətin formalaşmasına gətirib çıxarırdı.

Bu boşluqları aradan qaldırmaq üçün 2001-ci ilin yanvar ayından etibarən  MQF QHT-lərə həsr olunan informasiya  bülleteni  nəşr etməyə başladı. Ayda bir dəfə işıq üzü görən bu bülletendə QHT-lərin fəaliyyəti, onların həyata keçirdiyi layihələr tədbirlər barədə məlumatlar verildi. Lakin ayda cəmi 400 nüsxədə çap olunan bu bülleten informasiya sahəsində ehtiyacları tam şəkildə ödəyə bilmirdi. Artıq yeni, daha geniş informasiya vasitələrindən istifadə etmək zərurəti meydana gəldi. Bu məqsədlə  "3- Sektor televiziya proqramı" layihəsi işlənib hazırlandı. 2001- 2003- illərdə əvvəlcə Az TV-, sonra Space TV- yayımlanan "3- Sektor"da QHT-lərin gördüyü müsbət işlər həyata keçirdikləri layihələr haqqında ictimaiyyətə ətraflı məlumat verildi. "Müsbət QHT imici" yaratmağa istiqamətlənmiş layihə çərçivəsində 38 veriliş efirə çıxdı 160 QHT-nin fəaliyyəti işıqlandırıldı.

Daha sonra QHT Sektorunun mətbuat ictimaiyyətlə əlaqələrinin möhkəmlənməsi bu sahədə bilik bacarığın artırılması məqsədilə "QHT-lərin mətbuatla işinin təşkili" layihəsi çərçivəsində 120 QHT- müvafiq təlimlər keçirildi. 2005-ci ildə isə QHT sektorunun potensialının araşdırılması baxımından olduqca əhəmiyyətli olan "Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Məlumat Bazasının yaradılması direktoriyanın yeniləşdirilməsi" layihəsinin icrası uğurla başa çatdı. Bu layihə çərçivəsində Azərbaycanın bütün regionlarını əhatə etməklə 900 QHT haqqında ən vacib məlumatları özündə əks etdirən  "Elektron QHT Məlumat Bazası" "QHT Direktoriyası" Azərbaycan ingilis dilində hazırlanaraq Milli QHT Forumunun internet səhifəsində yerləşdirildi bütün maraqlı tərəflərin istifadəsinə verildi.

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyilə 2007-ci ilin avqustunda  təsis olunan "MQF Xəbər" elektron qəzeti (www.mqfxeber.az) layihə müddətinin bitməsinə baxmayaraq QHT-lərə informasiya təminatını  bu gün davam etdirir.

İndi əhalinin neçə faizinin QHT haqqında məlumata malik olmasını dəqiq deyə bilməsəm , onu qətiyyətlə deyə bilərəm ki, bu sahədə vəziyyət müqayisə edilməz dərəcədə yaxşılaşıb vətəndaşların böyük qismi artıq QHT-nin mahiyyəti missiyası barədə lazımi bilgilərə malikdir.

 

Bakı-Tbilisi-Ceyhana ictimai dəstək

2002-ci il Bakı-Tbilisi-Ceyhana ictimai dəstək ili oldu. Həmin il  dünyanın (Avropa Amerikanın) 37 ölkəsindən 64 QHT-nin birləşdiyi anti-Bakı-Tbilisi-Ceyhan (BTC) koalisiyası yaradıldı BTC-nin maliyyələşdirilməsi inşası  əleyhinə kompaniya başlandı. Bu kompaniyanın arxasında duran qüvvələr (maraqlıdır ki, bu siyahıda BP neft şirkətinin adı daha çox hallanırdı) btc-nin iqtisadi yox, siyasi layihə olduğunu göstərmək, ekoloji riskləri şişirtmək müəyyən ajiotaj yaratmaqla müxtəlif məqsədlər güdürdülər ki, bunların da içərisində "layihənin qiymətini dəfələrlə artırmaq öz maddi maraqlarını təmin etmək istəyi" haqqında deyilən fikirlər daha inandırıcı səslənirdi. Təəssüflər olsun ki, bu anti-btc kompaniyasına Azərbaycandan qoşulan QHT-lər tapıldı.

Bu təhlükəli kompaniyanın qarşısını almaq ölkə QHT-lərini ümummilli layihə olan BTC-ni dəstəkləmək məqsədilə MQF ölkə QHT-lərinin aylıq toplantısını keçirtdi 2002-ci il noyabrın 11-  "BTC-  beynəlxalq ictimai dəstək monitorinq Koalisiyası" təsis etdi. Az sonra dəstək koalisiyasına Gürcüstan Türkiyə QHT-lərinin qoşulması ona beynəlxalq status qazandırdı.  230-dan çox  QHT-nin iştirak etdiyi Koalisiyanın üzvləri tərəfindən BTC-nin əleyhdarları ilə ABŞ, Böyük Britaniya digər Avropa ölkələrində aparılan  görüşlər müxtəlif tədbirlərdə edilən çıxışlar kəmərə ictimai dəstəyin verilməsi baxımından əhəmiyyətli oldu.

(Ardı var)

AQİL

 





12.03.2014    çap et  çap et