525.Az

İctimai sektorda "Turan" faktoru


 

İctimai sektorda "Turan" faktoru <b style="color:red"></b>

Azərbaycan Respublikasında müasir dövlət quruculuğunun hüquqi və demokratik əsasları bilavasitə üçüncü və ya ictimai sektor adlandırdığımız qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlıdır. Belə bir təşkilatlardan biri də artıq 21 il fasiləsiz fəaliyyət göstərən 2000-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "Turan" İstedadlar Birliyidir.

Respublikada sağlam əqidəli, yüksək intellektli, istedadlı insanlar yetişdirmək, onların milli və mənəvi tərbiyəsinin yüksəlişini gücləndirmək, yaradıcılıq qabiliyyətli gənclərimizin üzə çıxarılmasına, maariflənməsinə, incəsənət və mədəniyyətimizə hörmət ruhunda tərbiyə olunmasına nail olmaq, uşaq, yeniyetmə və gənclərin tədris və maarif işinin gücləndirilməsi istiqamətində tədbirlər və layihələr həyata keçirmək, istedadlı uşaq və gənclərin daha da inkişaf etdirilməsində incəsənət xadimlərinin, alimlərin rolunun artırılması işini təşkil etmək kimi fəaliyyətlər "Turan" İstedadlar Birliyinin əsas və prioritet məqsədlərindəndir.

21 il ərzində “Turan” İstedadlar Birliyi tərəfindən həyata keçirilmiş çoxsaylı layihələr, o cümlədən “Əli Bayramlı (Şirvan) şəhər 13 saylı  məktəbin  əsaslı təmiri”  layihəsi (2002-2003), Şimal-Qərb regionu (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Xızı) gənclərində estetik əxlaq mədəniyyətinin formalaşdırılması, kulturoloji biliklərin və milli-mənəvi dəyərlərin aşılanması (2009), Uşaq və gənclərin İİV/QİÇS və narkomaniyanın təsiri altına düşməkdən qorumaq üçün profilaktik və maarifləndirmə tədbirinin keçirilməsi. (2011), Azərbaycan üçün milli adət-ənənə və mənəvi dəyərlərə malik gəncliyin inkişafının dəstəklənməsi (2012), Regionlarda  gənclərin ictimai-mədəni proseslərə cəlb olunması (2012 və 2014), Şimal bölgələrində müasir dini maarifləndirmə və tolerantlığın təbliği (2015), “İstedadları tapaq və onlara dəstək olaq” - Şimal bölgəsində aztəminatlı ailələrdən olan yaradıcı uşaq və yeniyetmələrin seçimi və istiqamətləndirilməsi, inklüziv istedadlara təşkilati, metodiki, texniki dəstək (2016), Ölkəmizin şimal bölgəsində yaşayan azsaylı xalqların milli adət ənənələrinin öyrənilməsi, təqdimatı və təbliği (2018) və digərləri yerli və xarici donorların iştirakı və maliyyə dəstəyi ilə həyata keçirilərək, respublika üçün böyük əhəmiyyət kəsb edən problemlərin həllinə hesablanmışdır.

Azərbaycan Respublikasında dövlət səviyyəsində uğurla həyata keçirilən mədəniyyət, gənclər, regionların inkişafı və sosial siyasətə dəstək məqsədilə “Turan” İstedadlar Birliyi 2021-ci ilin əvvəlindən sözü gedən sahələrlə bağlı müvafiq tədbirlər və layihələri özündə ehtiva edən yeni strateji fəaliyyət planı işləyib hazırlamış və bu planın icrası ilə əlaqədar hazırlıq işlərinə başlamışdır.

Planlaşdırılmış tədbirlər əsasən uşaq və gənclərin inkişafına yönəlmiş kütləvi sosial-mədəni aksiya və tədbirlər, o cümlədən istedadlı uşaq və gənclərin əl işlərindən ibarət sərgilərinin keçirilməsi, istedadlı gənclərin iştirakı ilə konsert və müsabiqələrin təşkili, regionlarda yaşayan milli azlıqların milli mədəniyyətlərinin inkişafı və təbliğ edilməsini, layihələr isə elm, təhsil və mədəniyyət sahələrinin innovativ inkişafını, respublikanın rayon və kəndlərində əhalinin ehtiyac duyduğu və sosial infrastruktur baxımından böyük əhəmiyyətə malik olan tikinti-abadlıq, sosial-infrastruktur sahələrini, aidiyyəti ali təhsil müəssisələrinin tələbələrinin istehsalat təcrübəsinin təşkili, könüllülərlə işin təşkili və onların əmək fəaliyyətinə cəlb edilməsi kimi fəaliyyətləri əhatə edir.
Tanınmış ictimai xadim Ceyhun Hacıbəyovun sədrliyi ilə fəaliyyət göstərən “Turan” İstedadlar Birliyinin yeni peşəkar komandası qeyd olunan fəaliyyətləri, tədbir və layihələri yaxın bir zamanda icra edərək, dövlət və qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq, beynəlxalq təşkilatlarla isə əməkdaşlıq çərçivəsində Azərbaycanın milli maraqları nəzərə alınmaqla daha irimiqyaslı layihələrin həyata keçirməsini planlaşdırır.


 

 





31.03.2021    çap et  çap et