525.Az

XXI əsr: yeni xarici siyasət və diplomatiyaya doğru


 

XXI əsr: yeni xarici siyasət və diplomatiyaya doğru<b style="color:red"></b>

Müasir tarixi mərhələdə beynəlxalq münasibətlər sisteminin dəyişməsi zərurəti haqqında çox danışılır. Dünyada cərəyan edən hadisələrin fonunda bu, normal görünür. Ancaq həmin prosesin xarici siyasət kursunda hansı faktorları aktuallaşdırdığı məsələsi hələ açıq qalır. "Beyin mərkəzləri", analitiklər ekspertlər bu problemlə bağlı öz fikirlərini bildirirlər. Böyük dövlətlərin siyasi-diplomatik dairələrində aktiv müzakirələr gedir. Mövzunun bir çox aspektdən Azərbaycan üçün maraqlı ola biləcəyini düşünürük.

 

Qlobal geosiyasət liderlik

ambisiyaları: ziddiyyətli vəziyyət

 

XXI əsrdə dünyanın geosiyasi balansının hansı nisbətdə dəyişəcəyi haqqında dəqiq proqnoz vermək çox çətindir. Mütəxəssislərin apardıqları analiz göstərir ki, hazırda qlobal miqyasda bir-biri ilə qarşılıqlı əlaqədə olan mürəkkəb proseslər gedir. Əgər 1991-2000-ci illərin əvvəllərini ABŞ başda olmaqla Qərbin geosiyasi, iqtisadi ideya liderliyi mərhələsi adlandırmaq mümkündürsə, 2003-2010-cu illərdə fərqli mənzərə yarandı. Bu dövrdə Qərbin liderliyi zəiflədi, Amerikanın təsir imkanlarının məhdud olduğu aydınlaşdı, liderliyə iddialı dövlətlər özünü göstərməyə başladı (Çin, Rusiya, Hindistan s.). Lakin bu dəyişiklik dünyanın idarə edilməsi fəlsəfəsi strukturunda dəyişiklik etmədi.

Belə bir vəziyyət qlobal geosiyasətdə ziddiyyət meydana gətirib. Dövlətlərarası münasibətlərin tənzimlənməsinin effektiv mexanizmi hələlik tapılmayıb. Eyni zamanda, yeni şərtlər xarici siyasətdə diplomatiyada dəyişikliklərin edilməsi tələbini qarşıya qoyur. Artıq bununla bağlı böyük dövlətlərin "beyin mərkəzləri" analizlər aparırlar.

Obrazlı desək, qlobal miqyasda "qarışıq", "mürəkkəb" "dolaşıq" vəziyyətin yaranması səbəbləri kimi bir neçə faktoru göstərirlər. Birincisi, ABŞ əvvəlki səviyyədə dünya liderliyi funksiyasını yerinə yetirə bilmir. Onun 2003- ildən başlayaraq xarici siyasətdə uğradığı məğlubiyyətləri arqument kimi gətirirlər. İraq, Əfqanıstan son illər Suriya nümunə olaraq göstərilir.

İkincisi, geosiyasi mühitdə liderlik iddiasında olan bir neçə dövlət meydana gəlib. Onların sırasında Çin Rusiyanın adı daha çox çəkilir. Bunlarla yanaşı, Hindistan, Braziliya Türkiyənin təsir imkanlarının artdığını deyirlər. Nəticədə, geosiyasətdə bir-biri ilə toqquşan maraqların mübarizəsi kəskinləşmiş olur. Xüsusilə, Çin Amerikanın rəqabəti daha geniş miqyasda özünü büruzə verir. Çoxlu sayda güclərin aktiv fəaliyyət göstərdiyi geosiyasi mühit, təbii ki, XX əsrdəki mənzərədən fərqli bir gerçəklik ortaya qoyur.

Üçüncüsü, yeni formalaşmış qlobal geosiyasi vəziyyətdə qlobal idarəetmə xeyli çətinləşir. Çünki artıq klassik siyasət diplomatiya kifayətedici olmur. Bütövlükdə "idarəetmə" anlayışının məzmununun yeniləşməsinə ehtiyac yaranır. Məsələ ondan ibarətdir ki, vahid liderlik modelindən fərqli olaraq çoxlu sayda qüvvələrin təsir göstərdiyi mühitin idarə edilməsi tamam başqa meyarlara əsaslanmalıdır. Bəşəriyyət hələlik bu səmərəli tənzimləmə şərtlərini tapa bilməyib.

Dördüncüsü, beynəlxalq təşkilatlar qlobal miqyasda effektiv fəaliyyət göstərə bilmirlər. Onlar hələ "soyuq müharibə" dövrünün üsullarından istifadə edirlər. Maraqlıdır ki, həmin təşkilatların istifadə etdiyi mexanizmləri yeniləşdirmək cəhdləri hələlik heç bir nəticə vermir. Bizcə, dünya siyasi mühitinin qarşısında duran ən əsas məsələ bundan ibarətdir. Çünki bir tərəfdən, sanki hər kəs başa düşür ki, artıq əvvəlki münasibətlər sistemi səmərə vermir, digər tərəfdən isə, ortaq nəticəyə gəlmək mümkün olmur. Səbəb nədir?

Hesab edirik ki, Qərb, Rusiya Çin analitiklərinin bilərək ya bilməyərək önə çəkmədikləri məqam vardır. Bu, məhz böyük dövlətlərin liderlik ambisiyalarının ifrat xarakter daşımasıdır. Analitiklərin apardıqları təhlillərin məzmunu, orada ifadə edilən strategiya məqsədlərin səthi təhlili belə göstərir ki, Qərb, Rusiya, Çin başqaları ilk növbədə öz maraqlarına uyğun gələn beynəlxalq münasibətləri tənzimləmə sistemi yaratmağa çalışırlar. Onların bir-birinə inamı yox dərəcəsindədir. Yeri gəlmişkən, bu xüsusiyyəti mütəxəssislər özləri vurğulayırlar.

 

Xarici siyasət: yeni dövr başlayır?

 

Bunlara baxmayaraq, böyük dövlətlər yeni siyasi-diplomatik üsullar axtarmağa başlayıblar. Bu sahədə yeniləşmənin vacibliyi artıq dərk edilir. Həmin kontekstdə analitiklərin vurğuladığı faktorlar sırasında elmi-texniki texnoloji yeniliklər xüsusi yer tutur. Etiraf etmək lazımdır ki, yeni informasiya-kommunikasiya texnologiyalarının diplomatiyaya güclü təsirini analiz etmək çox aktualdır. Bu məqam faktiki olaraq, bütövlükdə geosiyasi mühitə yeni dinamika verir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, informasiyanın böyük rol oynadığı mərhələdə xarici siyasətin diplomatik fəaliyyətin təşkili bir qədər fərqli şərtlərə əsaslanmalıdır. Onlar müasir dövrün çağırışlarına cavab verməlidirlər. Bu mənada, hətta Rusiya kimi güclü dövlətin malik olduğu ənənəvi diplomatik vasitələrin yetərli olmadığı haqqında fikir yürüdülür (bax: əvvəlki mənbəyə). Diplomatların qlobal qarşılıqlı asılılıq şəraitində fəaliyyət göstərdiyi bu bağlılıqda ayrıca vurğulanır. Fövqəladə səlahiyyətli səfir Andrey Kolosovski hesab edir ki, artıq siyasi-diplomatik sahə üçün İnternet "məhsuldar qüvvəyə" çevrilib.

Bir tərəfdən, dünya miqyasında dövlətlərin siyasətlərinin bir-birinə təsirinin artması, digər tərəfdən isə, bu prosesdə informasiya texnologiyalarının ön sıraya çıxması yeni üsulların tətbiqini vacib edir. O cümlədən, hazırlıqlı peşəkarların mövcudluğu əhəmiyyət daşıyır. A.Kolosovskinin sözlərinə görə, Moskva hələlik bu səviyyədə kadr bazasına malik deyil. Bu səbəbdən, dövlətin xaricdə müsbət imicinin yaradılması işində müəyyən çatışmazlıqlar özünü göstərir. Bu məsələ isə müasir xarici siyasətdə əsas yer tutur.

Burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, mütəxəssislər xarici siyasətdə, obrazlı desək, "ictimai üsullardan" istifadənin əhəmiyyətinin artdığını vurğulayırlar. Onun əlaməti isə "sərt güc" "yumşaq güc"ün düzgün nisbətinin tapılmasıdır. Konkret deyilsə, söhbət hərbi metodlardan çox, informasiya təsirlərinin artırılmasından gedir. Məsələn, xarici siyasətdə ictimai rəyin liderləri ilə işləmək bacarığı xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Buradan belə bir formul çıxarırlar: dövlət dövlətlə, cəmiyyət cəmiyyətlə, sosial şəbəkələr sosial şəbəkələrlə, KİV KİV- işləməlidir!

Şübhə yoxdur ki, yuxarıda vurğulanan üsulla diplomatik fəaliyyət göstərmək ümumilikdə xarici siyasəti təşkil etmək asan proses deyil. Bunun üçün ölkənin sistemli inkişaf kursu tapılmalıdır. Müasir informasiya-kommunikasiya texnologiyalarından siyasi sahədə səmərəli istifadə etmək mexanizmləri formalaşdırılmalıdır. Qısa ifadə edilsə - müasir diplomatiya informasiyadan səmərəli istifadə əsasında qurulmalıdır.

Əgər xarici siyasəti yuxarıda qeyd olunan prinsiplər üzərində qurmaq mümkün olsa, dövlətin cəmiyyətin mədəni gücü beynəlxalq müstəvidə özünü göstərmiş olur. Şərti olaraq "yumşaq güc" adlanan bu faktor hazırda siyasi leksikonda dəbdədir. Burada ümumi kateqoriyalardan istifadə etmək əvəzinə, taktiki qərarlar qəbul etməyə imkan verən üsula baş vurmaq daha effektivdir. Çünki ölkənin beynəlxalq aləmdə müsbət obrazının formalaşdırılmasından söhbət gedirsə, adamları, dini idarə, KİV, QHT-lər s. bir-birinin fəaliyyətini uyğunlaşdırmaqla çalışmalıdırlar. Müasir dövrdə uğurlu xarici siyasətin vacib şərtlərindən biri bundan ibarətdir.

Bütün bunlar müasir xarici siyasətin diplomatiyanın ciddi yeniliklər ərəfəsində olduğunu təsdiq edir. Faktiki olaraq, ümumən cəmiyyətin həmin prosesdə iştirakı məsələsi aktuallaşır. Analitiklər obrazlı olaraq ifadə edirlər ki, "indi xarici siyasət getdikcə daha çox ölçüdə adi vətəndaşlara ünvanlanır" (bax: Artem Kobzev. Göstərilən məqaləsi). Deməli, cəmiyyətin bütün təbəqələri ilə dialoq qurmaq diplomatik fəaliyyətdə ayrıca yer tutmalıdır. Bəşəriyyət bütövlükdə dialoq fəlsəfəsinə hazırdırmı?

Leyla MƏMMƏDƏLİYEVA

Newtimes.az

 





12.03.2014    çap et  çap et