https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

“Moldova, Belarus 0:8 uduzur. Bizdə irəliləyiş var”- Şahin Diniyev

“Moldova, Belarus 0:8 uduzur. Bizdə irəliləyiş var”- Şahin Diniyev

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev milli komandamızın DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya dünənk matçdakı məğlubiyyəti (1:2) şərh edib.

Ş.Diniyev Qol.az saytına açıqlamasında millimizin oyunundan razı və narazı olanların olduğunu söyləyib:

“Bu gün millimizin real vəziyyətinə baxdıqda gücümüzü görə bilirik. İnsanlar müxtəlif fikirlər irəli sürür, biri deyir, hücum, biri də deyir, müdafiə futbolu oynayırıq. Bu gün bizim hücum potensialımız da, müdafiə potensialımız da bəllidir. Bunun hansından çox istifadə etmə məsələsi var. Amma bir ciddi məqam var. Rəqib sənə imkan verdiyi qədər oyanırsan, rəqibi də nəzərə almaq lazımdır. Portuqaliya, Serbiya nə qədər imkan versə, o qədər oynamaq olar. Kiçik komandayıq, başdan böyük, real olmayan söhbətləri etməyə əsas yoxdur. Bu gün bizim futbolun durumu o yerdədir ki, Serbiya ilə oyunda topa nəzarət, mövqe hücumlarında, qapıya zərbələrdə çoxluq təşkil edə bilmərik. Burda sadəcə olaraq oyunçuların bir-birinin qabağına qoyub mövqe üzrə onların səviyyə və keyfiyyətinə baxmaq lazımdır. Hucumu da, müdafiəni də keyfiyyət həll edir”.

Şahin Diniyev bildirib ki, Portuqaliya və Serbiyanın futbolçularının səviyyəsi bizimkilərdən qat-qat yüksəkdir:

“Onların oynadığı çempionat, nümayiş etdirdiyi futbol, turnirlər belə, bizim daxili çempionatımızdan qat-qat üstündür, hərəsi bir simadır. Onlar hər vəziyyətdən, hər epizoddan istifadə edən futbolçuları var. Düzdür, hər birimiz istəyirik ki, bizim millimiz hücumda oynasın, çoxlu qollar vursun, amma buna imkan varmı? Bunu görürükmü? Əlbəttə, görmürük. Bu sahədə icraçı futbolçular sayılır, onların hansı vəziyətdə olmasından çox şey asılıdır. Oyunçuların yaxşı olması komandanın çıxışına birbaşa təsir göstərir. Futbolçular nə qədər keyfiyyətli olsa, oyunda o qədər yaxşı alınar”.

Ş.Diniyev Azərbaycan futbolunun "peraşki" dövrü ilə indiki arasındakı müqayisələrə, futbolçuların istəkli olmasına da toxunub:
 
“İstək məsələsi futbolçuların daxilindən gələn bir şeydir. Baxın, siz dediyiniz o vaxtlarda belə bir şərait yox idi, lakin bu gün hər şey var. Etiraf edək ki, bu gün asfaltın üstündə oynamırıq. O vaxt bizim 1 maykamız var idisə, indi 4 mayka ilə oyuna çıxırıq. Belə bir deyim var, Allah birini verəndə, birini vermir. Nəinki futbolda, hər sahədə belədir. İstək olanda şərait olmur, şərait olanda da istək. Bəlkə bizim dövrdə olan istəyin başında, əzmkarlığı başında aclıq dururdu. Bu gün futbolçularımız ən yaxşı meyvələri, ən yaxşı şirniyyat və ən yaxşı vitaminləri qəbul edir. Bundan başqa yoldaşlıq görüşləri, toplanışlar üçün də hər bir şərait var. Burda keyfiyyət məsələsi yoxdur. Məndən heç kim inciməsin, yaxşı futbolçularımız var. Ancaq o biri futbolçuları fərdi olaraq götürəndə, mənim dövrümün futbolçuları indikilərdən zəif deyildi, hətta çox üstün idi. Çünki onlar Rusiya, Ukrayna, İsrail, Finlandiya, Portuqaliya, Baltika ölkələrində oynayırdılar. Hazırda futbolçumuz çoxdur, amma bu, keyfiyyət demək deyil”.

Şahin Diniyev Premyer Liqamızın bombardiri Namiq Ələsgərovun dünən millinin “23”lük heyətinə salınmamasına da münasibət bildirib:

“Hamıdan taxşı futbolçunu tanıyan baş məşqçidir. Heç bir baş məşqçi istəməz ki, ona xeyir verən futbolçu kənarda qalsın. Hər bir futbolçunun fiziki, texniki, taktiki hazırlığı önəmlidir. Ola bilsin, futbolçunun fiziki və texniki hazırlıqlığı yaxşı olsun, ancaq psixoloji cəhətdən axsaya bilər. Saydığım məsələləri baş məşqçidən yaxşı görən yoxdur. Futbolçunun hansı vəziyyətdə olması, oyuna necə hazırlaşması məşqçi görür, rəqibin güc, atletik və ya texniki tərəfdən analiz etdikdən sonra qərar verirş Əvəzetmələr də bunun üstündə qurulur. Hər halda məşqçilər korpusu neçə gündür onları izləyir. Onlar bilir, kim oynasa yaxşı olar və ya əksinə. Hər halda məsuliyyət həmişə baş məşqçinin üzərində olur, ona da cavabı aparıcı futbolçular verəcək”.

“Millimiz üçün ümid yeri görürsünüzmü?” sualına Ş.Diniyev belə cavab verib:

 “Ümidsiz yaşamaq düzgün deyil, bu oyunlara baxanda da görürsən ki, hər şey nisbidir. Mənim sənə nisbətən oyunum, boyum, çəkim və başqa amilləri götürəndə nisbilik anlayışı üzə çıxır. Çarəsizlik, özünə qapanmaq düzgün deyil. Bu gün Moldova, Belarus 8:0 hesabı ilə uduzur. Bəli, deyə bilərik ki, müdafiədə oynadıq, amma hücuma da çıxırıq. Bunlar ümidsizlik deyil, yəni komanda artırmağa çalışır. O biri oyuna nisbətən bu oyun yaxşıdır, bir hissəyə nisbətən o biri hissə daha yaxşı oldu. Keçən il Millətlər Liqasına baxanda yenə irəliləyiş görürük. Futbol adamı kimi deyirəm ki, ümidsizliyə qapanmayaq. Müsbət tərəflərimiz var, 5-6 turdan sonra yaxşı nəticələr görə bilərik. Portuqaliyaya 0:7 hesabı ilə məğlub olsaydıq, bu gün deyə bilərdim ki, ümidli olaq? Düzdür, hücum şəkilində oynaya bilmədik, Portuqaliya ilə oyunda Şahruddin Məhəmmədəliyevin gözəl seyvləri var idi. Bu da, müdafiənin etibarlı olması da uğurdur. Qapı xəttindən sonra müdafiə, sonra orta xətt, sonra hücumda yaxşı oynayacağıq. Yaxşı düşünək ki, yaxşı olsun”.

Ağa Dadaşzadə

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.