525.Az

Sosial siyasət və onun idarəedilməsi mexanizmləri


 

Sosial siyasət və onun idarəedilməsi mexanizmləri<b style="color:red"></b>

iqtisad elmləri üzrə fəlsəfə doktoru

XX əsrin axırlarında dünyada siyasi, iqtisadi-sosial sahələrdə baş verən qlobal inqilabi dəyişikliklər sonrakı proseslərə yeni elmi-nəzəri baxışları, yeni təşkilati-idarəetmə formalarını, yeni metodologiyaların işlənməsi tətbiqini zəruri  etdi. Təbii ki, cəmiyyətin iqtisadi-sosial dəyişməsi ona uyğun islahatların fasiləsiz həyata keçirilməsi mürəkkəb proses olmaqla yanaşı yeni düşüncə tərzinin formalaşmasının elmi-nəzəri, metodiki əsaslarının işlənməsini yeni innovativ üsulları zəruri edir.

Dövlətin sosial siyasətinin formalaşması sistemləşdirilməsi əvvəlki illərə nisbətən müqayisəedilməz dərəcədə yeni çalarlar kəsb etmiş dünya standartlarına cavab verə biləcək tələb tövsiyələrə, birgə işləmələrə qoşulmaq onları nəzərə almaq zərurəti ilə  bağlıdır. Eyni zamanda, çox mürəkkəb, çoxşaxəli, tarixi kökləri olan regional xüsusiyyətlərin nəzərə alınması müasir dövrün həlledici şərtlərindəndir. Sosial siyasət, o cümlədən əhalinin yüksək həyat səviyyəsi insanın xarakteri mahiyyəti qədər mürəkkəb olmaqla yanaşı, problem yeni beynəlxalq fon almış insan amilnin yeni metodoloji əsaslarla qiymətləndirilməsini zəruri edib.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev deyib:  "İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına, tətbiqinə görə inkişaf edirlər. Biz bu yolu seçməliyik".

Sosial bazar iqtisadiyyatında dövlətin sosial siyasətinin formalaşması perspektivlərinin müəyyənləşdirilməsi sistemləşdirilməsi xüsusi istiqamətverci rola malikdir. Bununla yanaşı, Azərbaycanın Ana Yasasında, vətəndaşların siyasi hüquqi, sosial-iqtisadi fəaliyyətlərinin hüquqi əsasları təsbit edilib. Bu əsasda sosial mexanizmlərin sistemləşdirilməsi idarəedilməsi, insanların daimi maddi, mənəvi-estetik zövqlərinin, asudə vaxtlarının elmi əsaslarla uzlaşdırılması müasir dövrün tələblərinə cavab verməlidir. Bu problemin həlli üçün insanların uşaqlıq, gənclik, yetkinlik, qocalıq kimi yaş dövrlərinin ümumi xarakterik, bir-birinə zəmin hazırlayan məsələlərindən biri mənzil fondunun kəmiyyət- keyfiyyətcə inkişafıdır.  Qloballaşan dünyada həyat səviyyəsini yeni göstəricilərlə xarakterizə etmək üçün 1990- ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə "İnsan inkişafı indeksi" adlanan bunun mühüm göstəricisi olan "doğulandan gözlənilən ömür uzunlugu" sosial siyasətin əsas amillərindən biridir. Müstəqillik şəraitində mənzil tikintisi sahəsində uzun illər toplanıb qalan catışmazlıqları qısa dövr ərzində aradan qaldırmaq mümkün deyil.

Mənzil Fondunun sosial iqtisadi problemlərini xarakterizə edən göstəricilər mahiyyətinə görə qarşılıqlı əlaqədə olmaqla, həm bir-birini tamamlayır.

Son 15-20 il ərzində Azərbaycanın sosial siyasətinin vacib istiqamətlərindən olan mənzil təsərrüfatının kəmiyyət keyfiyyətcə inkişafında böyük dəyişikliklər baş verib. Demoqrafik dəyişikliklərə uyğun olaraq 2012-ci ildə mənzil fondunun 53%-i ya 85,5 mln.m2 -i şəhər ailələrinin payına düşür. Şəhər  mənzil fondunun 90%-i kənd mənzil fondunun isə 99%-i qeyri-dövlət mülkiyyətindədir. Azərbaycanda mənzil fondu 4 istiqamətdə formalaşsa da onların əvvəlki illərə nisbəti müxtəlifdir getdikcə dərinləşir. Mahiyyətcə, sosial-iqtisadi problemlərə yeni məzmun verən mənzil təsərrüfatının mövcud vəziyyəti sosial, yeni fəlsəfi məsələlər irəli sürür. Belə ki, əhali sakinliyinin formalaşması prinsipləri, vahid məkanda əhali coxluğunun yüksəldilməsi ya çoxmərtəbəli binaların tikintisi  sürətlə inkişaf edir. Təbii ki, bu proses sosial siyasətə tam yeni məzmun verir onların idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsini tələb edir. Əhali sakinliyinin yeni prinsipləri sosial siyasətin mikro səviyyədə formalaşmasını vacib edir. Mikro (məhəlli) sosial siyasətin formalaşmasının başlıca istiqaməti insanların uşaqlıq, gənclik dövrünü əhatə etməli ona uyğun infrastruktur yaradılmalıdır.

Problemin sosial-iqtisadi mahiyyəti, yəni insanın bioloji varlıqdan, kamilliyə, ictimai varlığa gedən yolunun, mexanizmlərin düzgün əhatə olunması sistemləşdirilməsi vacib şərtlərdəndir.

1993- ildə qəbul edilmiş "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunla mənzil fondu özəlləşdirildikdən sonra ölkə üzrə mənzil fondunun 94%-ə qədərini özəl mülkiyyət təşkil edir. Təhlil müşahidələr göstərir ki, mənzil fondunun sürətli inkişafında yeni mülkiyyətin, yəni dövlət mülkiyyətinin özəl mülkiyyətə transfer edilməsi idarəetmə sisteminin dəyişdirilməsi təkmilləşdirilməsi ilə uyğunluq təşkil etmir. Postsosialist ölkələrində mənzil idarəçiliyi ilə bağlı islahatlar təxminən 25 ildir ki, aparılır. Yeni mülkiyyət formalarının inkişafı, mikro sosial siyasətin  elementlərinin mənzil fondu ilə əlaqəli məsələləri sistemləşdirilməli idarəedilmə subyekti olmalıdır. Rostsosialist ölkələrində sovet mənzil idarəçiliyi sistemindən tam imtina edə bilməyiblər ciddi islahatların aparılmadığı paytaxtda, şəhər rayon mərkəzlərində çoxmənzilli, çoxmərtəbəli binalarda yaşayan vətəndaşların tələbatları ödənilməlidir. Bu mənada, mənzil fondunun kəmiyyət-keyfiyyətcə inkişafı cəmiyyət üzvlərinin normal inkişafını təmin edən ən mühüm amil hesab edilir.  Qloballaşan dünyada Azərbaycanın real sosial-iqtisadi inkişafı, ona birbaşa, tamamilə adekvat olan keyfiyyətli həyatın yüksəldilməsi ölkə qarşısında duran konseptual məsələlərdəndir.

 





12.03.2014    çap et  çap et