525.Az

Yazda baş qaldıran avitaminoz


 

Yazda baş qaldıran avitaminoz<b style="color:red"></b>

Artıq yaz fəslinə keçid etmişik. Təbiət oyanmağa, günəş şəfəqlərini daha gur saçmağa başlayıb. Baharın gəlişi əhval-ruhiyyəmizi yüksəltməklə yanaşı, müəyyən mövsümi xəstəlikləri də gətirir.

Bu xəstəliklər ilk növbədə fəsil dəyişməsi ilə bağlı orqanizmdə baş verən proseslər və bəzi xarici amillərlə izah olunur. Bunlardan biri də avitaminozdur.

Yazın gəlişi həm də orqanizmdə vitamin və mikroelementlər qıtlığı meydana gətirir. Bunun nəticəsində isə daimi yorğunluq və süstlük, dırnaqların və saçların kövrəkləşməsi hiss olunur. Mədə-bağırsaq traktının pozulması, stress və pis əhval-ruhiyyə də avitaminozun əsas əlamətlərindən hesab edilə bilər.

Əsas profilaktik tədbirlərdən düzgün qidalanmaq, təmiz günəşli havada çoxlu gəzmək, həzm orqanlarının müalicəsini qeyd etmək olar. Bunları etməklə avitaminozdan qoruna bilərsiniz. Aprel-may aylarında isə dondurulmuş və konservləşdirilmiş qida məhsullarından imtina edərək onları yaz yeməkləri ilə əvəz etmək lazımdır.

Bu dövrdə turp, şüyüd və cəfəri, yaşıl salat, soğan-kəvər yemək çox vacibdir. Yazda havaların tədricən isinməsi ilə əlaqədar orqanizm artıq bədənin istiliyini lazımi qaydada saxlamaq üçün o qədər də çox enerji çox sərf etmir. Ona görə də qışda istifadə edilən heyvani zülalların bir hissəsini bitki zülalları ilə əvəz etmək olar. Dietoloqlar bu dövrdə ot çayları, itburnu dəmləməsi içməyi də məsləhət görürlər. Əgər avitaminoz sizi tamam gücdən salıbsa, həkimlə məsləhətləşib vitaminaterapiya kursu keçmək yaxşı olar.

Afaq RZA

 





31.03.2021    çap et  çap et