525.Az

“Qonağım ol” rubrikasının növbəti qonağı təlimçi, yazar Eldar Kərimov olacaq


 

“Qonağım ol” rubrikasının növbəti qonağı təlimçi, yazar Eldar Kərimov olacaq<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazar, fərdi inkişaf və motivasiya üzrə təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi Eldar Kərimov olacaq.


525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yazarlar  arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarın fəaliyyət istiqamətinin oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.


Görüş çərçivəsində yazar fəaliyyəti istiqaməti haqqında ətraflı məlumat verəcək, həmçinin, canlı yayıma qoşulan izləyicilərin suallarına  da cavab verəcəkdir.


Qeyd edək ki, onlayn görüş aprelin 02-də saat 16:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

 





31.03.2021    çap et  çap et