525.Az

Nə üçün hər gün çuğundur yemək lazımdır?


 

Nə üçün hər gün çuğundur yemək lazımdır? <b style="color:red"></b>

Hər gün istər çiy, istər suda bişmiş, istərsə də salatlarda bir ədəd çuğundur yeməyin orqanizm üçün saysız faydaları var.

525.az medicina.az-a istinadən hər gün çuğundur yeməyin faydalarını təqdim edir.

- Ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır – çuğundurda B9 vitamini var

- Bağırsaqları təbii təmizləyir, qəbizliyə qarşıdır – çuğundurda çox miqdar lif var, bağırsaq divarlarını yumşaq, təbii təmizləyir, şlak və toksinləri atır

- Bədəndə daxili iltihabi prosesləri söndürür

- Yüksək təzyiqi salır – damarları tonusda saxlayır, qan dövranını tənzimləyir, tromb əmələ gəlməsinə qarşıdır

- Kişilərdə potensiyanı bərpa edir – çünki çanaq orqanlarına qan dövranını yaxşılaşdırır 

- Antioksidant təsir edir, xərçəngə qarşıdır

- Sərbəst radikalları zərərsizləşdirir

- Dəmir və yodla zəngindir – qanazlığında yeyilir, hemoqlobini artırır


- Bədəndə artıq piy, yağ toplanmasının qarşısını alır


 

 





01.04.2021    çap et  çap et