|
|
|
|
Fransanın Nantes şəhərində bir qrup gənc yanan mənzildən ailəni son anda xilas edib.
525.az xəbər verir ki, hadisə yerində çəkilən kadrlarda gənclərin binaya yandan dırmaşaraq üçüncü mərtəbədəki yanan mənzildən ana, ata və altı aylıq körpəni xilas etdikləri görülüb. Gənclər körpəni xilalsetmə döşəklərinin üzərinə ataraq xilas ediblər. Körpə xəstəxanaya yerləşdirilib və vəziyyəti stabildir.
Xilasetmə işinə qatılan gənclərdən biri Tahmid, mənzil tüstü içində olduğundan körpəni eyvandan atmağın son çarə olduğunu söyləyib.
El Roman