525.Az

Gözətçini öldürdükdən sonra meyitini yandıran şəxs həbs edilib


 

Gözətçini öldürdükdən sonra meyitini yandıran şəxs həbs edilib<b style="color:red"></b>

Bakıda yanvar ayında törədilən qətlin üstü açılıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 24-də paytaxtın Ağa Nemətulla küçəsi, 50 ünvanında yerləşən dayanacaqda, 1959-cu il təvəllüdlü Mikayıl Ağakərim oğlu Əsədovu bıçaqlayaraq qətlə yetirən, daha sonra meyitini yandıran şəxsin Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Vidadi Xankərəm oğlu Umudov olması müəyyənləşib.
 
V. Umudov saxlanılıb.
 
Qeyd edək ki, yanvarın 24-də Bakı şəhərində yanmış meyiti tapılan gözətçinin üzərində bıçaq xəsarəti aşkar edilib.
 
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yanvarın 24-də saat 07.00 radələrində Bakının Nərimanov rayonunda, Ağa Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

 





13.03.2014    çap et  çap et