525.Az

Bakının Nəsimi rayonunda partlayıcı qurğunun yerləşdirilməsi barədə FHN-ə məlumat daxil olub


 

Bakının Nəsimi rayonunda partlayıcı qurğunun yerləşdirilməsi barədə FHN-ə məlumat daxil olub<b style="color:red"></b> Bakının Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə FHN-ə məlumat daxil olub.

525.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyatı qurumlar məlumatlandırılmışdır. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin etmiş, axtarış işləri aparmışlar.

Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib.
 





13.03.2014    çap et  çap et