525.Az
Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında martın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Günün ikinci yarısında isə hava dəyişən buludlu olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Gündüz isə 5-10 dərəcə isti olacaq.
13.03.2014
çap et