525.Az

Respublika Uşaq Kitabxanası virtual kitab sərgisi təqdim etdi


 

Respublika Uşaq Kitabxanası virtual kitab sərgisi təqdim etdi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası  pandemiya dövründə həyata keçirdiyi tədbirlər çərçivəsində 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr etdiyi “Sevimli kitablarımız ” adlı virtual kitab sərgisini oxuculara təqdim etdi.

525.az xəbər verir ki, virtual sərgidə müxtəlif dövrlərdə yaşayıb yaratmış Azərbaycan uşaq yazarlarının 44 adda kitabları tammətnli yerləşdirilib.

Sərginin təşkil olunmasında əsas məqsəd Azərbaycan  yazarlarının ədəbi irsi ilə oxucuları tanış etmək, uşaqların intellektual inkişafında mühüm rol oynayan kitabları oxuculara sevdirmək və mütaliəyə həvəsi artırmaqla onların informasiya tələbatını ödəməkdir.

Oxucular virtual sərgi vasitəsi ilə F.Köçərlinin “Balalara hədiyyə”, Abbas Səhhətin “Gün dağlara yayıldı”, Abdulla Şaiqin “Tıq-Tıq xanım”, Xanımana Əlibəylinin ”Biletsiz sərnişin”, Nigar Rəfibəylinin “Bir cüt xurma ağacı”, Zahid Xəlil “Orxan, Vəfa və Babək”, Rafiq Yusifoğlu “Ana Dilim”, Ələmdar Quluzadənin “Navalça”, Gülzar İbrahimova “Dəniz balası”, Solmaz Amanovanın “Turac”, Reyhan Yusifqızının “Hamıdan qəşəng”, Sevinc Nuruqızının “ Babək”, Qəşəm İsabəylinin “Elnur, Əkil və onların başına gələnlər”, Aygün Bünyadzadənin “Üç nağıl” və s. maraqlı kitablardan yararlanacaqlar.

Aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə yaxından tanış ola bilərsiniz:

https://www.clb.az/sevimli-kitablarmz_d3141.html

 

 





02.04.2021    çap et  çap et