525.Az

Peruda antik məbəd aşkarlandı


 

Peruda antik məbəd aşkarlandı<b style="color:red"></b>

Peruda arxeoloqlar tərəfindən antik məbəd aşkar edilib.

 
525.az xəbər verir ki, Perunun Viru bölgəsində aşkar edilmiş nəhəng hörümçək fiquruna bənzər məbədin 3200 il əvvələ aid olduğu bildirilib. Belə ki, məbəd əhalinin avokado və şəkər qamışı sahələrini genişləndirmək üçün ekskavator kimi böyük maşınlardan istifadə edərkən tapılıb. Məbəddəki rəsmlər bölgəyə gələn arxeoloqlar tərəfindən araşdırılıb. Tədqiqatçılar yerli xalqın buraya yağış və məhsuldarlıqla bağlı dua etmək üçün gəldikləri açıqlayıb.

 
Arxeoloqlar məbədin e.ə. XI əsrdə Perunun şimal sahilində hökm sürən və insanlarının hörümçəyi tanrı kimi qəbul etdikləri “Kupinski mədəniyyəti”nə mənsub olduğunu bildirib.

 
El Roman

 





02.04.2021    çap et  çap et