https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

UEFA Azərbaycana aprelin 7-dək vaxt verdi

UEFA Azərbaycana aprelin 7-dək vaxt verdi

UEFA Avro-2020-nin azarkeşlərin iştirakı ilə keçirilməsi ilə bağlı planların təqdim edilməsi üçün ev sahibi olan ölkələrə vaxt qoyub.

525.az xəbər verir ki, bu haqda qurumun koronavirus üzrə tibb məsləhətçisi Daniel Kox Almaniya mətbuatına açıqlamasında deyib. Yarışa azarkeşlərin buraxılacağına inandığını deyən Kox məsələ ilə əlaqədar bildirib:

"Bu vəziyyət risklidir. Amma azarkeşlərin oyunlara buraxılmasına razılıq verən ölkələr bu məsuliyyəti öz üzərlərinə götürürlər. Hansı stadionlardan necə istifadə olunacağı aprelin əvvəllərində müəyyənləşəcək. Ev sahibiliyi edəcək şəhərlərin planlarını UEFA-ya təqdim etmək üçün aprelin 7-nə qədər vaxtları var".

Qeyd edək ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.