525.Az

"Vətən müharibəsində Silahlı Qüvvələrin həkim heyəti də səfərbər olub"


 

"Vətən müharibəsində Silahlı Qüvvələrin həkim heyəti də səfərbər olub"<b style="color:red"></b>

Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı brifinq keçirib.

525.az-ın məlumatına görə, F. Nəbiyev deyib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti, həkim heyəti də səfərbər olub.

Polkovnik qeyd edib ki, Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub:

“Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".

“Hazırda Vətən müharibəsində yaralanan 59 qazimiz müalicəsini davam etdirir”.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icarə edən polkovnik deyib ki, bu qazilər Baş Klinik Hospitalı və Bilgədəki hospitalda müalicə alır.

 

 





03.04.2021    çap et  çap et