525.Az

"Ən vacib olan müəllim və şagirdlərin sağlamlığıdır” - Nazir


 

"Ən vacib olan müəllim və şagirdlərin sağlamlığıdır” - <b style="color:red">Nazir</b>

“Fevralın sonundan başlayaraq yoluxma saylarının artması müşahidə olunurdu”.

525.az-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

O deyib ki, bu şəraitdə müəyyən qərarlar verilməli idi:

“Bu zaman həm qısamüddətli, həm də uzunmüddətli hədəflər nəzərə alınıb. Ən vacib olan müəllim və şagirdlərin sağlamlığıdır”.

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü".

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var:

“Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur.

Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bu isə artıq 10-15 məktəbin bağlanması demək idi”.

“Bəzən mediada belə fikirlər səslənir ki, məktəblərin distant təhsilə keçməsi ictimai sorğu əsasında olub. Bunun da müəyyən rolu var, amma 3-5 günə tam texniki tələblərə cavab verən sorğu keçirmək imkanımız yoxdur”.

Onun sözlərinə görə, sorğuda 50 min adam rəy verib:

“75 faiz adam təxminən məktəblərin bu və ya digər formada bağlanmasının tərəfdarı idi. Digər bir səbəb də məktəblərdə davamiyyətlə bağlıdır. 29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində də 10-12 məktəb distant təhsilə keçirdi. Həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnuniyyəti ilə yanaşı şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda sağlamlıqdır”.

“Bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallar var idi”.

Onun sözlərinə görə, bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur:

“Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”.

 





03.04.2021    çap et  çap et