525.Az

Bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq


 

Bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq<b style="color:red"></b>

"Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu mümkün olacaq".

525.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Onun sözlərinə görə, bu isə insanların vaksinasiyadan keçməsindən asılıdır:

"İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq".

Hazırda 50 yaşdan yuxarı Bakıda 54, Sumqayıt 69, Abşeronda 60, digər bölgələrdə 50 faiz müəllim və texniki heyət vaksinasiya olunub.

Onun sözlərinə görə, insana birinci vaksin vurulandan sonra dərhal immunitet yaranmır. 28 gün sonra ikinci vaksin vurulur və 14 gün sonra insanda immunitet formalaşmağa başlayır:

“Birinci vaksindən 42 gün, yəni 6 həftə sonra immunitetin formalaşmasından danışa bilərik. Fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonunda, may ayında görəcəyik. Proses sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.

 





03.04.2021    çap et  çap et