525.Az

Eldar Kərimov “Qonağım ol” rubrikasında


 

Eldar Kərimov  “Qonağım ol” rubrikasında<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazar, fərdi inkişaf, bədən dili və motivasiya üzrə təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi, din psixologiyası üzrə fəlsəfə doktoru Eldar Kərimov oldu.


525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarın fəaliyyət istiqamətinin oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.


Görüş çərçivəsində yazar fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verdi, həmçinin, canlı yayıma qoşulan izləyicilərin ”Hansı motivasiya formalarında yararlanmağımızı tövsiyə edərdiniz?”, İdeal insanda hansı  fərdi keyfiyyətlər olmalıdır?”, Ən çox sevdiyiniz şair hansıdır?”, “ Haqqında danışdığınız mövzuları necə seçirsiniz və nələrə diqqət edirsiniz?”, “Valideynlər övladlarını necə tərbiyə etməli?”, “Uşaqlarda hansı əxlaqi keyfiyyətləri formalaşdırmalı?” və s. müxtəlif sualları cavablandırdı.


Sonda, Eldar Kərimov bütün uşaqları 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibəti il təbrik etdi. Onlara daim kitab oxuyaraq mütaliə edərək inkisaf etməyi tövsiyə etdi.


Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşdı.

 





03.04.2021    çap et  çap et