525.Az

Bakı bulvarı “MDB mirvarisi” oldu


 

Bakı bulvarı “MDB mirvarisi” oldu<b style="color:red"></b> MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyası “Birlik mirvariləri” siyahısını dərc edib. Lent.az-ın məlumatına görə, siyahıda bu il ərzində görməli yerlər əksini tapıb.
 
Azərbaycandan görməli məkan kimi Bakıdakı Dənizkənarı Bulvar məsləhət görülüb. Siyahıya Brest qalası (Belarus), Dairəvi Meydan (Astana, Qazaxıstan), İssık-Kul gölü (Qırğızıstan), “Köhnə Orxey” (Moldova), Sankt-Peterburqun Peterqof saray-park ansamblı və Soçi şəhəri (hər ikisi Rusiya), Fan dağları (Tacikistan), Aşqabad (Türkmənistan), Səmərqənd Qur-Əmir mavzoleyi (Özbəkistan) və Xor Virap monastırı (Ermənistan) da düşüb.
 
Qeyd edək ki, 2014-cü il MDB-də “Turizm ili” elan olunub.
 





13.03.2014    çap et  çap et