|
|
|
|
İngiltərəli pilot Leuis Hamilton 2021-ci il Formula 1 mövsümünün ilk yarışı olan Bəhreyn Qran-Prisini qazanaraq yeni bir dünya rekordu qırıb.
525.az xəbər verir ki, bu nəticə ilə 36 yaşlı pilot, eyni zamanda alman pilot Maykl Şumaxerə məxsus olan "çempionatda 5 min 111 dövrəyə liderlik" rekordunun yeni sahibi olub. Saxir səhrasında "Red Bull" komandasının hollandiyalı pilotu Maks Verstappen, yarışın sonuna qədər liderliyini davam etdirsə də, sonda Hamilton qazanıb.
Karyerasında yeddi dəfə Formula 1 çempionu olan Leuis Hamilton, Bəhreyn Qran- Prisində son turlara rəhbərlik edərkən səhv etməyib və 1.32.03.897 göstəricisilə karyerasının 96-cı qələbəsini əldə edib.
El Roman