525.Az

Avropada pivə, Asiyada çay - Dünyada ən çox satılan hədiyyələr


 

Avropada pivə, Asiyada çay - Dünyada ən çox satılan hədiyyələr<b style="color:red"></b>

Fransalı səyahət və turizm operatoru Klub Med ən çox satılan hədiyyəlik qidalar və əşyaların hansı olduğu ilə bağlı araşdırma aparıb. Araşdırma əsasında isə hesabat hazırlayıb.

 
525.az xəbər verir ki, hesabata əsasən, Şimali Amerikada ən çox satılan qidalar qəhvə, şirniyyat, əşya isə maska seçilib. Xüsusilə də Mərkəzi Amerikada və Ekvator xətti boyunca yerləşən ölkələrdən qəhvə alınmağa üstünlük verilir. Avropa qitəsində ən çox satılan əşyaların çətir, göz muncuğu, içki kimi isə pivə olduğu aşkarlanıb.

 
Gözlənilməz havası ilə məşhur olan İngiltərədəki ən populyar hədiyyə əşyasının çətir olması təəccüblü deyil.

Şokolad Belçika, Fransa və İrlandiyadan, zərgərlik məhsulları isə daha çox Latviya, Litva və Polşadan alınır. Digər tərəfdən, Almaniyanın ən populyar xatirə hədiyyəsi pivə, Kiprdə isə şərabdır.

 
Asiya qitəsində ən çox satılan əşyalar isə oriqami kağızı, xalça və çaydır.

 
El Roman

 





05.04.2021    çap et  çap et