525.Az

"İnsan hüquqlarının qorunmasına qarşı yolverilməz hərəkətlərin qarşısı hər yerdə alınmalıdır"


 

"İnsan hüquqlarının qorunmasına qarşı yolverilməz hərəkətlərin qarşısı hər yerdə alınmalıdır"<b style="color:red"></b>

RAFAEL HÜSEYNOV: "YENİ MƏRUZƏNİ KİMİN

HAZIRLAMASINDAN ÇOX ŞEY ASILIDIR"

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA)  Mədəniyyət, elm, təhsil media komitəsinin iclasında müzakirəyə çıxarılan məsələlərdən biri Assambleyanın bürosu tərəfindən tövsiyə edilmiş mövzular üzrə yeni məruzəçilərin təyin edilməsi olub. Bu haqda "525"ə  məlumat verən millət vəkili, sözügedən komitənin üzvü Rafael Hüseynov deyib ki,  "Din azadlığı dini təcrübələr" adlı mövzu üzrə məruzəçinin təyin edilməsi isə  kifayət qədər gərgin keçən müzakirələrə gətirib çıxarıb.  Onun sözlərinə görə, adətən deputatlar tərəfindən hazırlanan tövsiyə üçün qətnamə tövsiyə üçün təklifləri 20-25 nəfər deputat imzaladıqdan sonra bu sənəd katibliyə təqdim edilərək rəsmiləşdirilir, nəşr edilərək yayılır sonrakı addımların atılması üçün AŞPA bürosuna göndərlir. Millət vəkili deyib ki, həmin irəli sürülmüş təkliflərin Parlament Assambleyası rəhbərliyi tərəfindən yalnız vacib hesab edilən az bir hissəsi ilə bağlı ayrıca məruzəçi təyin edlməsi lazım bilinir. "Maraqlıdır ki, hazırkı tövsiyə üçün qətnaməni adətən olduğundan 5 dəfə çox deputat imzalayıb. Bu da təsadüfi deyil problemin mürəkkəbliyindən irəli gəlir. İrəli sürülən təklifə görə məruzəçi təyin edilməsindən ötrü adətən olduğundan xeyli çox namizəd vardı. Böyük britaniyalı deputatlar mövzu ilə  bağlı məruzəçi olmaqdan ötrü xüsusi canfəşanlıq göstərirdilər. Belə ki, 7 namizəddən 5-i İngiltərədən idi. Namizədlərdən biri isə Azərbaycan nümayəndə heyətinin üzvü kimi mən idim. Namizəd bolluğu seçimi çətinləşdirdiyindən üzərində dayanılacaq məruzəçinin digərlərindən üstünlüyünü dəqiq müəyyənləşdirə bilməkdən ötrü hər bir iddiaçı üç dəfə çıxış edərək mövqeyini əsaslandırmalı oldu. Əvvəlcə namizədlər problemlə bağlı ümumi baxışlarını ifadə etdilər. Daha sonra növbə ilə məruzədə hansı problemlər üzərində daha artıq dayanacaqlarından bəhs etdilər. Nəhayət, onlardan hazırlayacaqları məruzədə problemin onun ayrı-ayrı aspeklərinin həllinə hansı konstruktiv yenilikləri gərtirəcəkləri barədə məlumat vermələri istənildi. Bütün mövqelər dinlənildikdən sonra isə  səsvermə keçirildi. Adətən Parlament Assambleyasının komitələrində məruzəçinin təsdiqlənməsi sadə səs çoxluğu açıq səsvermə yolu ilə gerçəkləşdirilir. Lakin budəfəki situasiya ikinci üçüncü səsvermə turunun da olmasını istisna etmirdi ümumi razılığa əsasən qərara alınmışdı ki, namizəd gizli səsvermə yolu ilə müəyyənləşdirilsin. 7 namizədin adının qeyd edildiyi səsvermə bülletenləri paylanaraq keçirilən gizli səsvermənin nəticələri elan edilərkən məlum oldu ki, növbəti tura ehtiyac yoxdur. Yəni, səslərin böyük əksəriyyətini toplayaraq mən  "Din azadlığı dini təcrübələr" mövzusu üzrə məruzəçi seçildim"-deyə, o, bildirib.

Məsələnin mahiyyəti ilə bağlı sualımıza cavab olaraq isə R.Hüseynov bir sıra məqamlara aydınlıq gətirərək ilk öncə deyib ki, 2013- ilin dekabrında hazırlanmış, 101 nəfər deputatın şərik çıxdığı məruzəçi təyin edilməsini gərəkli saydığı tövsiyə üçün qətnamənin ortaya qoyduğu mövzu göründüyündən daha ciddi mətləbləri hədəf götürür. "İş ondadır ki, bu sənəd ümumən dini azadlıqlar məsələsini əhatə etməklə həm mübahisə mövzusu olan bir məsələyə aydınlıq gətirilməsini tələb edir ki, qoyuluşu etibarı ilə həmin problem indiki halda siyasi mahiyyətlidir. Çünki 2013- il oktyabrın 1- Avropa Şurası Parlament Assambleyası müəyyən qüvvələrin səyləri nəticəsində uşaqların fiziki toxunulmazlığı ilə bağlı narahatlıq doğuran 1952 saylı qətnaməni qəbul edib ki, həmin sənəddə dini mülahizələrlə uşaqların sünnət edilməsi uşaqların fiziki toxunulmazlığına vurulan zərbə kimi dəyərləndirilir. Avropa Şurasının qəbul etdiyi qətnamələr bir qayda olaraq üzv ölkələrə icra üçün tövsiyə edilir belə bir qətnamənin qəbulundan sonrakı addımlar sünnət mərasiminin icrasına görə cəza tədbirlərini qanuniləşdirə bilər. Bu isə öz növbəsində dünyanın qədim dinlərindən olan iudaizm islama tapınanların əsrlərcə əməl etdiyi adətlərinə qarşı hüquqi çərçivədə təhlükəli maneə yaradılması cəhdi hesab edilə bilər. Bu həm milyonlarla insanın heysiyyət məsələsidir ki, gözlənilməz bir nöqtədən alışaraq arzuolunmaz dini qarşıdurmalara onun davamı olaraq böyük miqyaslı siyasi gərginliklərə gətirib çıxara bilər. Ona görə yeni məruzəni kimin hazırlamasından hansı mövqe daşıyıcısı olmasından, təqdim ediləcək hesabatda müəllifin qədər obyektiv, qərəzsiz olmasından çox şey asılıdır. İnsan hüquqlarını qorumaq pərdəsi altında insan haqlarına qarşı əl atından yolverilməz hərəkətlərin qarşısı hər yerdə alınmalıdır, o cümlədən Avropa Şurasında. Kimin məruzəçi təyin edilməsinə səs verən komitə üzvlərinin əksəriyyəti tanınmış alimlər, sanballı siyasətçilərdir zənnimcə onların seçimi sağlam məntiqə əsaslanan məruzə yazılacağına hesablanıb.  Məruzənin hazırlanmasına il yarım-iki il vaxt verilir bu gedişatda düşünürəm ki, hələ dönə-dönə müzakirələr, ekspertlərin iştirakı ilə ayrıca kollokvium da keçiriləcək"-deyə, R.Hüseynov sonda qeyd edib.

Qeyd edək ki, hazırkı hesabat AŞPA-da  Azərbaycanın həqiqi üzvlüyü müddətində R. Hüseynovun hazırlayacağı artıq 15-ci məruzə olacaq.

K.Həmzəoğlu

 





13.03.2014    çap et  çap et