525.Az

Qənirə Paşayeva Şəmil Sadiq ilə görüşdü


 

Qənirə Paşayeva Şəmil Sadiq ilə görüşdü<b style="color:red"></b>

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Nəşriyyatçıları” İctimai Birliyinin (ANİB) sədri, “Hədəf” milli təhsil brendinin yaradıcısı, ədəbiyyatşünas alim Şəmil Sadiq və “Hədəf” Şirkətlər Qrupunun direktor müavini Elvin Əliyevlə görüşüb.

525.az Senet.az-a istinadən xəbər verir ki, görüş zamanı nəşriyyat sahəsindəki vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Şəmil Sadiq bugünlərdə İstanbulda keçirilmiş VI Beynəlxalq İstanbul Naşirlər Toplantısı, toplantı çərçivəsində baş tutmuş beynəlxalq kitab sərgisi haqqında məlumat verib, təəssüratlarını bölüşüb. Qeyd olunub ki qardaş Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Anadolu” Agentliyinin qlobal rabitə tərəfdaşlığı ilə hazırlanan, Türkiyə Media Yayım Peşə Birliyinin keçirdiyi beynəlxalq tədbirdə Azərbaycan naşirləri layiqincə təmsil olunub, yaxşı təcrübə mübadiləsi aparılıb.

Görüşdə nəşriyyat, ədəbiyyat, mədəniyyət sahəsində çalışan ziyalıların, ədəbiyyatçıların və onların başçılıq etdiyi, təmsil olunduğu qurumların mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci ildə – “Nizami ili”ndə həyata keçirməyi planlaşdırdıqları yerli və beynəlxalq layihələr, tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Komitə sədri, Şəmil Sadiqin və onun təsiçisi olduğu yaradıcı, elm və təhsil qurumlarının 44 günlük Vətən Müharibəsi zamanı döyüşən orduya davamlı mənəvi dəstəyini də xatırladaraq ona və komandasına yeni uğurlar arzulayıb.

Ş.Sadiq öz növbəsində səmimi görüş və müzakirə üçün Q.Paşayevaya təşəkkürünü çatdırıb, ona ANİB-in türk mədəni irsinin cizgilərini təcəssüm etdirən xüsusi mükafatını təqdim edib.

 





05.04.2021    çap et  çap et