Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) sabah dəfn olunacaq.
525.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin ailəsindən məlumat verilib.
Bildirilib ki, Rəmiş Yasamal ("Qurd qapısı") qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.