525.Az

NATO-dan Ukraynaya böyük dəstək


 

NATO-dan Ukraynaya böyük dəstək <b style="color:red"></b> Ukrayna və Rusiya arasındakı gərginlik davam edir. ABŞ-ın mövzuya daxil olması ilə vəziyyətin daha da gərginləşməsinin ardından NATO da Ukraynaya dəstəyini açıq-aydın bildirib.

525.az xəbər verir ki, Ukrayna hökuməti hərbi əməliyyat siqnalı verməsə də, Rusiyaya qarşı diplomatik təzyiqləri davam etdirir. ABŞ-dan sonra Avropa Birliyi də Kiyevə tam dəstəyini bildirib və kritik bir qərar verib. Artıq Ukraynanın hava sahəsi NATO təyyarələrinə açıq elan olunub. Bununla NATO qırıcı təyyarələrinin Ukrayna hava məkanında fasiləsiz olaraq keşik çəkməsinə icazə verilib.

Ukrayna, NATO üzvü olan ölkələrin təyyarələrini Donbas sərhəd bölgəsi və Ukrayna-Rusiya sərhəd bölgəsindəki hava sahəsinə çəkməyi planlaşdırır. Rusiya sərhədindəki gərginliyin nəzərəçarpacaq dərəcədə artacağı göz qabağındadır. Rusiyanın bu hərəkətlərə cavab olaraq əsgərlərini və təyyarələrini qonşu Belarusa nəql edə biləcəyi danışılır.

Xatırladaq ki, Rusiyanın 2014-cü ildə Krımı ələ keçirməsi ilə Qərb ölkələri və Moskva arasında başlayan "Soyuq Müharibə"dən bəri ən böyük böhran başlayıb. ABŞ və Aİ Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edir.

Firuzə Əliyeva

 





06.04.2021    çap et  çap et