525.Az

Gənclər Kitabxanasından "Vətəni yaşadanlar"a ehtiram


 

Gənclər Kitabxanasından "Vətəni yaşadanlar"a ehtiram <b style="color:red"></b>

Respublika Gənclər Kitabxanası böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə çalışmağı, gənclərdə Vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirməyi, öz qəhrəmanlarını tanımaq və tanıtmağı ali vəzifələri kimi qəbul edərək fəaliyyət göstərir.

Məhz bu məqsədlə kitabxana "Vətəni yaşadanlar" aksiyası çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev, Vətən müharibəsi qəhrəmanları Vüqar Ağayev və Azər Yusifli haqqında məlumat bülleteni hazırlayaraq istifadəçilərə təqdim edib.

Gənclərin vətənpərvərlik tərbiyəsinə kömək məqsədilə hazırlanan bu bülleten üç qəhrəman Azərbaycan oğlunun həyatı və keçdikləri şərəfli döyüş yolundan bəhs edir.

Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onlar haqqında söylənilən xatirələr, təltiflər, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər, müxtəlif mətbuat orqanlarına, saytlara olan istinadlar da yer alıb.

Qeyd edək ki, Respublika Gənclər Kitabxanası gələcəkdə də igid qəhrəmanlarımızın təbliği yönümündə fəaliyyətini davam etdirmək və bu səpkili məlumat bülletenləri hazırlamaq niyyətinədir.

 





06.04.2021    çap et  çap et