525.Az

Vilayət Quliyevdən yeni kitab: "Cümhuriyyət yazıları"


 

Vilayət Quliyevdən yeni kitab: <b style="color:red">"Cümhuriyyət yazıları"</b>

Görkəmli alim və ictimai xadim, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin yeni kitabı nəşr edilib. "Çapar" yayınlarında çap olunan kitab "Cümhuriyyət yazıları" adlanır.

İki bölümdən ibarət kitabın birinci hissəsində Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində müxtəlif mətbuat orqanlarında çap olunmuş elmi-publisist səpkili məqalə və esselər, ikinci hissədə isə Cümhuriyyət tarixinə dair Azərbaycan dilinə ilk dəfə tərcümə edilən sənəd və materiallar toplanıb. Əsasən naməlum, elmi dövriyyəyə yeni daxil edilən faktlar əsasında Cümhuriyyət dövrünün ayrı-ayrı görkəmli şəxsiyyətlərinin portretləri və ölkə həyatındakı diqqətəlayiq hadisələrin mənzərəsi yaradılıb.

Kitab tarixçilərə, filoloqlara, politoloqlara, bütünlükdə milli dövlətçiliyimizin XX əsrdə əzablı doğuluşu, keşməkeşli mövcudluq yolu, görkəmli simaları və irsi ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanıb.

 





06.04.2021    çap et  çap et