Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) dəfn edilib.
525.az xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
***
Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi keçirilir.
525.az APA-ya istinadən xəbər verir ki, mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.
Rəmiş "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.