525.Az

Rəmiş dəfn olundu - Yenilənib


 

Rəmiş dəfn olundu - <b style="color:red">Yenilənib</b>

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş)  dəfn edilib.

525.az xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında  torpağa tapşırılıb. 

***

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi keçirilir.

525.az APA-ya istinadən xəbər verir ki, mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.

Rəmiş "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

 





06.04.2021    çap et  çap et