525.Az

Səfir Pakistanın spikeri ilə görüşüb- Foto


 

Səfir Pakistanın spikeri ilə görüşüb- <b style="color:red">Foto</b>

Dünən Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Milli Assambleyasının spikeri vəzifəsini icra edən Murtaza Caved Abbasini ilə Səfirliyin iqamətgahında görüşüb.

525.az-a verilən məlumata görə, görüşdə səfir iki ölkə arasında mövcud olan dostluq  münasibətlərindən söz açmış, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə həmsöhbətinə  təşəkkür etmiş, Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib

 

Görüş zamanı D. Şikarov Dağlıq Qarabağ konfliktinin hazırkı durumu haqqında spiker əvəzinə məlumat verib, Pakistan Parlamentinin yuxarı palatası tərəfindən qəbul edilmiş Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb edən  01.02.2012-ci il və 05.10.2013-cü il tarixli qətnamələrə görə minnətdarlığını ifadə edib.

 

Daha sonra iki dost ölkə Azərbaycan və Pakistan arasında mövcud olan iqtisadi məsələlər müzakirə edilmiş və bu istiqamətdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğu vurğulanıb. Səfir Azərbaycanın neft, qaz və ağır sənayeləri, tikinti, kənd təsərrüfatı sahələrində imkanlarından Pakistanın bəhrələnə biləcəyini bildirmiş, eyni zamanda, Pakistanın yüngül sənaye və əczaçılıq malları, cərrahiyə ləvazimatları, kənd təsərrüfatı məhsullarının ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb. 

 

Görüşdə Azərbaycanda aparılan iqtisadi islahatlar, enerji layihələri, Bakı şəhərində və regionlarında aparılan yenidənqurma işləri, ölkəmizin xarici ölkələrdə investisiya layihələri haqqında məlumat verilib.

 

Pakistan Milli Assambleyasının Sədri vəzifəsini icra edən  Murtaza Caved Abbasi səmimi dostluğa arxalanan və strateji xarakter daşıyan iki ölkə və xalq arasındakı münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini, Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı birmənalı dəstəklədiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər ölkəsinin Ermənistanı tanımayacağını bildirib. O, Pakistan Parlamentində Pakistan-Azərbaycan dostluq qrupunun təsis edildiyini və bu qrupun ilk iclasının aprel ayında keçiriləcəyini vurğulayaraq, Azərbaycanın səfirini bu iclasa dəvət edib.

 

M.C. Abbasi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı humanitar layihələrə görə minnətdarlığını ifadə edib,  bunun Pakistan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətəndirdiyini vurğulayıb.


 





14.03.2014    çap et  çap et