525.Az

Fransız vəfasızlığı - VİDEO


 

Fransız vəfasızlığı - <b style="color:red">VİDEO</b> Əksər dillərdə, monoloqlarda “yeri məlum”, “dəyərini bilmədilər”, “dəyəri çox sonra bilinəcək”, “o olsaydı...” və bir çox bu tipli ifadələr yer almışdır. Bu, bir növ insanın vəfasızlığa gizli meylinin təzahürüdür. Ya da dəyərlər ilə mənfəətlər arasında insanın mənfəətdən yana seçiminin faciəsidir.

İnsanın ən absurd çabası memari olduğu faciələrə bəraət donunu geyindirməkdir. Ona görə absurddur ki, bu çaba memara heç bir uğur hekayəsi qazandırmamış, onu vicdan ağrısıyla yaşamağa alışdırmışdır. İnsan tarixinin hər növbəti səhifəsi əvvəlkindən daha çox arsızlığa yer vermişdir.

Bu arsız-arsız axan insan həyatına rəğmən vəfasızlıq təcrübəsi ən çox təsir edənlər sırasında ilk başlarda dayanmışdır. Bunu yaşayan və yaşadan insan eyni dozda olmasa da ağrısını yaşamışdır. Vəfasızlıq ona görə iyrəncdir ki, onun məğduru olan tərəf mütləq vəfasıza qarşı fədakarlıq və sevgi hekayələrinə sahib olmuşdur.
Əslində vəfasızlıq yaxşı və borclu olduğunu kəsinliklə bildiyin birinə/birilərinə bilərəkdən pislikdir.

Dünya tarixi və onun iştirakçısı olan insanların həyatında çeşidli vəfasızlığa uğramışlıq mövcuddur. Ancaq bu insan ləkəsini ən dibdən anladan və təsvirə çəkən Fransa və Fransız xalqının Janna Darka etdiyi vəfasızlıqdır. Fransızların, Fransanın ona borclu olduğu halda İngilis tonqalları arasında yanaraq edam olunması və əsrlər sonra adına titulların qoşulması adama ilk sətirdə yazdıqlarımı xatırladır.

Budur, insan vəfası. Ya da belə deyək məsumiyyəti olmayan insanın neçədən bir sifəti.
Janna Dark qəhrəmandan ziyadə ibrət abidəsi olmalıdır.

Qəhrəman, kirli əllərimizlə öldürdüyümüz bakir/bakirə ruhlara geyindirdiyimiz bəraət kəfənidir.
Mənfəət və dəyər ayrıcında mənfəti seçərkən dəyərlərə saxta təəssüflə dolu əlvidamızdır.
Günümüz dünyasında “Fransız”ların əlinə düşmədən Jannalar intihar edir. Biri sevgidən küsərək, biri ölkəsindən, biri insanların özündən...

Hər halda üzürük bir-birimizi. Jannalar da “Fransız” olmayanları üzür...
Bu faciə hər tərəfi İngilis tonqalı kimi yandırır.

 





06.04.2021    çap et  çap et