|
|
|
|
İngiltərədə nəşr olunan “Nyu-York Times” qəzeti, hökumətin digər ölkələri beynəlxalq səyahətlər üçün qırmızı, sarı və yaşıl qruplara ayıracağını yazıb.
525.az xəbər verir ki, hesabata görə, qırmızı ölkələrə səyahət qadağan ediləcək, sarı ölkələrdən geri gələnlər karantinə alınacaq və yaşıl ölkələrdən qayıdanlar üçün karantin tələb olunmayacaq. Yüksək peyvənd nisbəti olan ölkələrə üstünlük verən sistemə görə, bu yay ingilis turistlərin ziyarət edəcəyi ilk ölkələr ABŞ, Maldiv adaları, İsrail və Malta olacaq.
Qəzetin xüsusi hesabatında hökumətin planlarına baxmayaraq, beynəlxalq səyahətlərin ən azı bir il məhdudlaşdırılacağı qeyd edilib.
Qeyd edək ki, ingilis nazirlər beynəlxalq səyahətlərin necə təşkil ediləcəyi ilə bağlı hələ bir qərar verilmədiyini, ancaq ölkədən çıxma qadağasının iyul ayında aradan qaldırılacağını söyləyiblər.
El Roman