525.Az

Ruanda soyqırımında Fransanın əli var


 

Ruanda soyqırımında Fransanın əli var<b style="color:red"></b>

Fransa Ruanda soyqırımında iştirakda günahlandırılır.

Fransa Ruanda soyqırımındakı məsuliyyətinin rəsmi sənədlərlə açıqlanması və  soyqırımı törədənlərə verdiyi dəstəyə görə qətliama ortaq olmaqda günahlandırılır.

525.az xəbər verir ki, soyqırımı həyata keçirən Hutu hökumətinin ən böyük dəstəkçisi olduğu üçün Fransa, həm də soyqırımda ən çox məsuliyyət daşıyan ölkə olaraq diqqət çəkib. BMT-nin hər il aprelin 7-də Ruanda Soyqırımı Qurbanları Anım Gününü təşkil edərkən, Fransanın soyqırımı törədənlərə verdiyi dəstək ən çox müzakirə edilən mövzulardan biri olub.

Arxiv işini araşdıran Qraner, əvvəllər verdiyi açıqlamada bildirib ki, cinayətə ortaqlıqdan danışmaq üçün 3 əsas element olmalıdır: "Bunlar cinayəti dəstəkləmək, dəstəklənənlərin etdiklərini bilmək, cinayətə təsir göstərməkdir. Arxivdəki bütün sənədlər bu 3 elementi özündə cəmləşdirir. Fransanın soyqırımı törədənlərə verdiyi dəstəyi qətliama ortaqlıq kimi xarakterizə etmək olar ".

Xatırladaq ki, 1994-cü ildə Ruandada hutular o zamankı prezident Juvenalya Xabiarimanayanın təyyarəsinin qəzaya uğramasından məsul tutduqları Tutsiyə qarşı soyqırımı başlatmışdılar. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, ölkədə 100 gün davam edən qətliamda 800 mindən çox tutsilu öldürülüb.

Firuzə Əliyeva

 





06.04.2021    çap et  çap et