525.Az

28 min il işləyə biləcək batareya istehsal edildi


 

28 min il işləyə biləcək batareya istehsal edildi <b style="color:red"></b>

Kaliforniyada yerləşən bir batareya şirkəti, almaz və nüvə tullantılarından istifadə edərək 28 min il davamlı olacaq batareyalar istehsal etdiyini açıqlayıb.

525.az xəbər verir ki, şirkət eyni zamanda 9 il müddətində davamlı olacaq bir mobil telefon batareyası da hazırlayır. Batareyanın nüvə tullantıları, xüsusən də təkrar işlənmiş radioaktiv izotoplarla işləyəcəyi bildirilir. Enerji yığmadan 28 min ilə qədər işlək qala bilən batareyanın kosmik tədqiqat ümidi olacağı gözlənilir.

Sözügedən məhsulun 2023-cü ildə təqdim edilməsi planlaşdırılır. Şirkətin mobil telefonlarda və digər elektron cihazlarda istifadə edilə bilən almaz batareyası üzərində işlədiyi də açıqlanıb.

El Roman

 





07.04.2021    çap et  çap et