https://525.az/img/pics/medium/2021-04/189555_41qngw0dv8.jpg 5 ilin hesabatı - Təhsil
https://525.az/img/pics/medium/2021-04/189530_4nywxgd1ys.jpeg Ağdamın Saybalı kəndi - VİDEO
https://525.az/img/pics/medium/2021-04/189523_pvl87ris7g.jpeg Qubadlının Tarovlu kəndi - VİDEO
https://525.az/img/pics/medium/2021-04/189486_fxnjfkbrt2.jpeg Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib
search
18 Aprel 2021
17 Aprel 2021

Avro-2020: Bakı azarkeş qəbul etməyə hazırdır

Avro-2020: Bakı azarkeş qəbul etməyə hazırdır  <b style="color:red"></b>

Avro-2020-yə ev sahibliyi edən bütün 12 şəhər UEFA-nı stadionlara az sayda azarkeşlərini buraxacaqları barədə məlumatlandırıb.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki,  bəzi şəhərlər stadion tutumunun 10 faizi miqdarında tamaşaçı qəbul etməyə hazırdırlar.

UEFA və qurumun prezidenti Aleksandr Çeferin bu rəqəmdən razı deyil. UEFA ilə hər şəhərdəki turnir təşkilatçıları arasında məsləhətləşmələr davam edir. Yekun qərarın UEFA-nın aprelin 20-də keçiriləcək Konqresində veriləcəyi gözlənilir.

Qeyd edək ki, təşkilatçılar azarkeşlərin stadiona buraxılması ilə bağlı qitə futbol qurumuna aprelin 7-dək məlumat verməli idilər. Əks halda, onlar yarışa ev sahibliyi hüququnu itirmə təhlükəsi ilə üzləşə bilərdilər.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bölmənin digər xəbərləri
© 2012-2021 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.