525.Az

Şair Qulu Ağsəslə onlayn görüş


 

Şair Qulu Ağsəslə onlayn görüş <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəslə onlayn görüş keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Qulu Ağsəs izləyicilər tərəfindən verilən sualları ətraflı şəkildə cavablandırıb. Həmçinin, şair qələmə aldığı "Şuşa" adlı yeni şeirini səsləndirib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq kitabxana mütəmadi olaraq şair, yazıçı və incəsənət xadimləri ilə onlayn görüşlərini davam etdirir. Qulu Ağsəs 1969-cu il 20 apreldə Ağdamın Abdal Gülablı kəndində doğulub. Gəncliyindən müxtəlif media orqanlarında, o cümlədən, Azərbaycan radiosunda çalışıb. "Sənsən hər yer", "Külək poçtu" (ukraynca), "Nabran novellası", "Nöqtələr", "Dan yeri" (ingiliscə) kitabının müəllifidir.

Görüş izləyicilər tərəfindən maraqla qarşılanıb.

 





07.04.2021    çap et  çap et