525.Az

Dini konfessiya rəhbərləri Ağdam Cümə məscidində


 

Dini konfessiya rəhbərləri Ağdam Cümə məscidində <b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri davam edir.

525.az APA-ya istinadən xəbər verir ki, QMİ sədri və dini konfessiya rəhbərləri səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət ediblər. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub.

Qeyd edək ki, Cümə məscidindən sonra QMİ sədri və dini konfessiya rəhbərləri Qiyaslı məscidini də ziyarət edəcəklər.

 





07.04.2021    çap et  çap et