525.Az

Daha 2 595 nəfərdə koronavirus aşkarlandı: 1073 sağalan, 37 ölən var


 

Daha 2 595 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">1073 sağalan, 37 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 276 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 593, ötən müddət ərzində isə ümumilikdə 2 963 012 test aparılıb.

 





07.04.2021    çap et  çap et