525.Az

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


 

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.

 





07.04.2021    çap et  çap et