525.Az

Allahşükür Paşazadə Ağdamın Qiyaslı məscidində


 

Allahşükür Paşazadə Ağdamın Qiyaslı məscidində<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdama səfər çərçivəsində Ağdamın Qiyaslı məscidini ziyarət ediblər.

525.az-ın məlumatına görə, ziyarət zamanı məsciddə azan və şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, erməni vandallığına məruz qalan Qiyaslı məscidindən onlar tövlə kimi istifadə ediblər. Eyni zamanda, ermənilər Ağdamdan çıxmazdan əvvəl məscidin dörd tərəfini minalayıblar, hazırda məscidin sadəcə girişi minalardan təmizlənib.

Bununla da QMİ sədrinin və dini konfessiya rəhbərlərinin Ağdama səfəri başa çatıb.

 





07.04.2021    çap et  çap et